Nida Təhlil
İlham Əliyevin Cənubi Azərbaycan hədəfi - 3 əsas amil
Prezident İlham Əliyev İranla bağlı mesajlar verdi və Tehran rejiminin Bakıya qarşı hücumlarından sonra ilk dəfə bu qədər açıq danışaraq, hər şeyi öz adı ilə adlandırdı.
Birincisi, Arazın o tayındakı soydaşlarımızın Azərbaycan xalqının bir hissəsi olduğunu bəyan etdi: bundan öncəki çıxışlarında onlar haqda “40 milyon soydaşımız” deyə bəhs etmişdi, indi “İranda yaşayan azərbaycanlılar” adlandırmaqla daha da konkretləşdirdi;
İkincisi, “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” sözləri ilə Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan istiqamətini elan etdi: Bakı cənubdakı azərbaycanlıların müdafiəsini üzərinə götürür;
Üçüncüsü, soydaşlarımızın müdafiəsi üçün hansı addımların atılacağının da mesajını verdi: Bakı cənubdakı soydaşlarımızın ana dilində təhsil almaq hüququnun təmin edilməsi uğrunda mübarizəyə dəstək verəcək;
Mümkündür ki, bu istiqamətdə iş həm beynəlxalq müstəvidə, həm də Arazın bu tayında davamlı olaraq aparılacaq. Əliyevin bu çıxışı, eyni zamanda, cənubdakı soydaşlarımızı ana dili və milli kimlik uğrunda mübarizəni daha güclü şəkildə aparmağa sövq edəcək.
Prezidentin İranla bağlı dediklərindən çıxan ümumi nəticə belədir: məsələ epizodik xarakter daşımır və Tehranla münasibətlərin mümkün normallaşması cənubdakı soydaşlarımızın hüquqlarının müdafiəsini arxa plana keçirməyəcək; əksinə, rəsmi Bakı bundan sonra İranla münasibətlərə soydaşlarımızın ən azı ana dilində təhsil alması hüququnu əsas punktlardan biri olaraq daxil edə bilər.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


