Nida Təhlil
İran belə davam etsə, Azərbaycandan lazımi cavabını alacaq - Şəfiyev
Nikol Paşinyanın sülh prosesinə olan yanaşmasından sonra məsələ sual altındadır. Proses Avropa İttifaqının vasitəçiliyi çərçivəsində aparılıb. Bu mənada Paşinyanın Fransa prezidenti Emmanuel Makronun sülh prosesində iştirakı ilə bağlı təkidləri əsassızdır. Praqada belə bir formatın yaradıldığını bildirmək isə yanlışdır. Çünki belə bir format yoxdur.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O hesab edir ki, ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev tərəfindən də bu məsələ ilə bağlı konkret mövqe bildirilib. Çünki Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün üçtərəfli format mövcuddur. Məhz format çərçivəsində bu il üç görüş baş tutub. Bu ilin aprelin 6-ı, mayın 22-i və avqustun 31-də bu formatda üçtərəfli danışıqlar keçirilib. Həmin format isə ötən ilin dekabrın 14-də yaradılıb. E.Makron isə yalnız Praqa görüşündə istisna olaraq görüşlərə qoşulub. Bu da Prezident İlham Əliyevin razılığı ilə bu baş tutub. Amma reallıqda Fransanın iştirakı ilə belə bir format yoxdur. Bu baxımdan da N.Paşinyanın faktiki olaraq belə bir tələb irəli sürməsi fomatdan imtina deməkdir. Bununla da sülh prosesi sual altına düşür”.
Mərkəz sədrinə görə, Rusiyanın sülh prosesinə yanaşmasına da münasibət bildirib: “Rusiya tərəfindən təklif edilən sülh Azərbaycanın maraqlarına uyğun deyil. Burada sadəcə olaraq köhnə taktikadan istifadə cəhdi var. Çünki Rusiya burada keçmiş “Dağlıq Qarabağ” məsələsini yenidən gündəmə gətir. Belə olan halda bir sıra məsələlərin də təxirə düşməsi labüddür. Sülh prosesi olmadan isə delimitasiya və demarkasiya məsələləri həll edilməyəcək. Bu da normal bir məntiqdir. Ölkələr bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra delimitasiya prosesi aparılır”.
Fərid Şəfiyev İranın son davranışlarından qaynaqlanan məsələləri də şərh edib: “Diplomatik kanallardan bəzi siqnallar gəlir ki, İranın mövcud gərginliyi azalmaq istəyi var. Amma İran mediasında, telekanallarında Azərbaycana qarşı hücumlar davam etdirilir. İranla bağlı məsələləri də biz müəyyən bir çərçivədə ekspertlər səviyyəsində aparmalıyıq. Amma sözsüz ki, bizim mesajlarımız qarşı tərəfə çatdırılıb. Əgər İran bundan sonra da Azərbaycana qarşı destruktiv fəaliyyətini davam etdirsə, cavabını lazımi səviyyədə alacaq”.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib



























.jpg)
.jpg)




