Nida Təhlil
"Qardaş yumruğu" kimin başını əzəcək? - Şuşa Bəyannaməsi ilə Lənkəranın, İmişlinin, Saatlının...

“Türkiyə və Azərbaycan silahlı qüvvələri İranla sərhəddə geniş bir ərazidə həm hava, həm də quru qoşunlarının iştirakı ilə böyük hərbi təlim keçirir. Bu təlim 2013-cü ildən bəri keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin ən böyüyüdür və bir çox xüsusiyyətlərinə görə xüsusi önəm daşıyır”.
Bu sözləri Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təliminin əhəmiyyətindən danışarkən deyib.
General qeyd edib ki, “Qardaş yumruğu” təlimi 44 günlük Vətən müharibəsindən əvvəl - iyul ayında keçirilən hərbi təlimlərə bənzəyir.
Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən bu təlimi digərlərindən bir sıra xüsusiyyətlər fərqləndirir:
“Bu cür hərbi təlimlər birlikdə həm suda, həm quruda ortaq hərəkətə keçmə, təhdidlərin müəyyən olunması, qarşılıqlı fəaliyyətin öyrənilməsi və s. məqsədilə icra edilir. “Qardaş yumruğu” təlimində xüsusi olaraq F-16-ların, zirehli şəxsi personal daşıyıcılarının iştirakı önəmli oldu. Bu hərbi təlimi digərlərindən fərqləndirən isə Araz çayının üzərində qurulan körpü idi. Çayı keçmək hərəkatında qurulan səyyar üzücü keçid əməliyyatı, əngəlləri keçmək fəaliyyətinin icra olunması əhəmiyyətli detaldır. Eyni zamanda, təlimdə xüsusi təyinatlı qüvvələrlə bölgə əməliyyatları, düşmən bölgəsinin dərinliyində və arxasında hərəkət etməyi öyrənmək da uğurla yerinə yetirildi. Bu hərbi təlimdə başda Milli Müdafiə Nazirliyi olmaqla, Türkiyə Silahlı Qüvvələrinin bütün komanda heyətinin iştirak etməsi isə xüsusi əhəmiyyət daşıyır”.
Y.Karauz söyləyib ki, “Qardaş yumruğu” təlimi uzun müddətdir Azərbaycana barmaq silkələyən İrana, başda Ermənistan və Fransa olmaqla, Qafqaza sülhün və sabitliyin gəlməsini istəməyən bütün dövlətlərə mesajdır:
“Bu təlimlər dosta güvən, düşmənə qorxu yaşadıb. Heç kim Azərbaycana barmaq silkələyə bilməz. Şuşa Bəyannaməsi ilə Lənkəranın, İmişlinin, Saatlının artıq Ankaradan heç bir fərqi yoxdur. Hər kəs hesabını, kitabını ona görə etmək məcburiyyətindədir. Onlar barmaq silkələməyə davam etdikləri müddətdə, qarşılarında Azərbaycan və Türkiyənin “Qardaş yumruğu”unu görəcəklər. Bu təlimlərə “Qardaş yumruğu” adının verilməsi də məhz bu anlama gəlir”.
Akqabay Mıradov

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır