Nida Təhlil
Rusiyadan Azərbaycana qarşı təhlükə - Hər gün orada təbliğat gedir
“Azərbaycan hazırda ciddi bir seçim qarşısında deyil. NATO ilə olan münasibətləri çox yaxşı səviyyədədir. Azərbaycanın hərbi doktrinasında və hərbi təhlükəsizlik konsepsiyasında konkret olaraq göstərilir ki, ölkə NATO standartları səviyyəsində ordu təminatını həll etməli və əməkdaşlıq etməlidir. Biz Əfqanəstanda NATO-un xətti ilə sülhməramlı qismində iştirak etmişik”.
Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, artıq Azərbaycan öz tərfini seçib və Türkiyə ilə tərəfdaşdır:
“Türkiyə də NATO-ya üzvdür. Azərbaycanın NATO-ya üzv olmağına ehtiyac yoxdur. Çünki Azərbaycan Qoşulmama hərəkatına üzvdür. Bu o deməkdir ki, heç bir hərbi bloka qoşula bilməz. Seçim qarşısında qalsaq, təbii ki, biz Rusiyanı yox, Türkiyəni seçəcəyik. 2023-cü ildə artıq 300 il olacaq ki, zaman-zaman Azərbaycan Rusiya tərəfindən işğal olunub. Bu gün də Rusiya Qarabağ ərazisində sülhməramlı adı altında olsa da, işğalçılıq siyasəti yürüdür. Biz artıq bir dəfə məcburi seçim qarşısında qalıb Rusiyanı seçmişik. Mən inanmıram ki, Azərbaycan bir daha belə bir seçim qarşısında qalsın. Karl Maksın belə bir sözü var “Avropada kommunizm kabusu dolaşmaqdadır”. İndi də Qafqazda Rusiya kabusu dolaşmaqdadır. Biz Rusiyanın bu azqınlığından mümkün qədər az ziyanla qurtulmalıyıq.
Hazırda Azərbaycanda Rusiyanın təbliğatını gücləndiriblər. Bakının mərkəzində "rus evi" açıblar. Hər gün orada təbliğat gedir. Çox maraqlıdır ki, divara böyük bir şəkil asıblar. Şəkildə rus süvarilərinin hücumu əks olunub. Hər gün orada mədəni tədbirlər adı altında təbliğat aparılır. İştirakçıların çoxu gənc qızlardır. Rusca təhsil almaq da olar, danışmaq da, amma ruslaşmaq düzgün deyil. Rusiya hazırda mədəni işğal hərəkatı həyata keçirir”.
Aydan Beydullayeva
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Koçaryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi



















.jpg)













.jpg)
.jpg)