Nida Təhlil
“Dağlıq Qarabağ mühasirədədir” yazan “Meydan TV” Ermənistana nələr ötürür?
Azərbaycanlı ekoloqların Xankəndi yolunda keçirdiyi aksiya Ermənistanı və Qarabağdakı separatçıları çətin vəziyyətə salıb:
- İrəvan prosesin qarşısını almaq üçün əlindən heç nə gəlmir;
- Qarabağdakı erməni əhalisinin separatçı rejimə inamı azalır: onlar anlayır ki, bölgədə yaşamağın yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir;
Bu reallıq fonunda Ermənistan aksiyanın dayandırılması üçün müxtəlif yollara əl atır. Əsas ümidləri Rusiya olsa da, sülhməramlılar azərbaycanlıların sivil etirazının qarşısında heç nə edə bilmirlər. Ermənistan və erməni diasporu/lobbisi isə bu mənzərə fonunda klassik planlarını işə salmağa çalışırlar:
1. Aksiyanın gözdən salınması;
2. Etirazçıların ekoloq olmadığını “sübut etmək”;
3. Yolu Azərbaycan hakimiyyətinin bağladığı rəyini yaratmaq;
4. Və rəsmi Bakıya beynəlxalq təzyiqə nail olmaqla aksiyanın qarşısını almaq;
Bu məqsədlə Qarabağdakı separatçı-terrorçu rejim “humanitar fəlakət” yaşandığına dair yalanları təşkil edir, ərzaq və digər ləvazimatların tükəndiyi iddialarını yayır, Ermənistan mediası və erməni diasporu/lobbisi bu yalanlar üzərində kampaniya həyata keçirirlər. Aksiya iştirakçılarının davranışı, xüsusilə humanitar yüklərin keçidinə şərait yaratması isə ermənilərin “humanitar fəlakət” yalanlarının da “ayaq tutub yeriməsinə” imkan vermir. Hətta Fransanın dəstəyi ilə məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarsalar da, nəticə etibarilə proseslərə təsir edə bilmədilər. BMT-də Azərbayana qarşı çağırışlar edildi, Azərbaycan nümayəndəsi isə faktlarla erməni yalanlarını ifşa etdi.
Reallığı dəyişə bilməyən və sivil aksiyanın qarşısını ala bilməyəcəyini anlayan Ermənistan və ermənipərəst dairələr zaman-zaman Azərbaycana qarşı istifadə etdikləri kartı işə salıblar: öz içimizdə etirazın formalaşdırılması, “azərbaycanlılar da ermənilərin dediyini təsdiq edir” rəyinin yaradılması;
Xainlikdən başqa bir şey olmayan bu işi həyata keçirən “Meydan TV”-dir. Aksiyanın başlandığı ilk gündən bu media resursu ermənilərlə suinxron fəaliyyət göstərir, Ermənistan və erməni maraqlarını müdafiə edən qüvvələr üçün “arqumentlər” yaradır.
Birincisi, Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ” kimi adlandırırlar;
İkincisi, aksiyanın ekoloqlar yox, Azərbaycan hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə təşkil edildiyi iddiasını tirajlayırlar;
Üçüncüsü, aksiyanın Qarabağda “huamnitar fəlakət” yaratdığı yalanına xidmət edirlər;
Dördüncüsü, Qarabağda yaşayan ermənilərin üzləşdiyi “problemlərindən” bəhs edən materiallar dərc edirlər;
Bu siyahını uzatmaq olar, lakin dəyişən heç nə yoxdur: “Meydan TV” açıq şəkildə Ermənistanın, erməni diasporu/lobbisinin maraqlarına xidmət edir.
Konkret misallar nəzər yetirdikdə də “Meydan TV”-nin gerçək niyyətini anlamaq olur:
- “Human Rights Watch” (HRW) təşkilatının “Dağlıq Qarabağı” Ermənistanla birləşdirən yeganə yolun bağlanması ilə bağlı bəyanatı;
- “OC Media”nın Xankəndində ermənilərin “humanitar fəlakətlə” üzləşdiyi görüntüsünü yaratmağa hesablanmış reportajının Azərbaycan dilincə tirajlanması;
- Azərbaycan dövlətinin respublikanın digər ərazilərində “ekologiyanı” qorumadığına dair iddiaların yayılması;
- Bir sıra “ekoloq”ların aksiyaya qarşı fikirlərinin yayımlanması və s;
“Meydan TV”-nin səhifəsini bu materiallar bəzəyir və hər fürsətdə Xankəndi yolunda keçirilən aksiyanın pislənilməsi kampaniyasını aparırlar.
Hədəf sirr deyil: ermənilərə “pas ötürmək” və onlara “azərbaycanlılar da aksiyaya qarşıdır” arqumentini qazandırmaq; daxili ictimai rəydə aksiya haqda mənfi rəyin yaradılması;
O da sirr deyil ki, “Meydan TV” bütün bu kampaniyanı sifarişlə həyata keçirir və sifarişin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan şəbəkədən gəldiyi aydındır. Təsadüfi deyil ki, Ermənistan mediası “Meydan TV”-yə materiallarını “azərbaycanlılar da aksiyaya inanmır” başlıqları ilə tirajlayır, xarici dillərdə yayımını təşkil edirlər.
Bu gün “Dağlıq Qarabağ mühasirə altındadır” yazan “Meydan TV”-nin ermənilərə və erməni maraqlarının müdafiəçilərinə işlədiyi açıq şəkildə ortadadır. Və bir daha etiraf etmiş oldular ki, bu media resursu üçün əsas olan Vətən, millət maraqları yox, puldur. Maliyyələri kəsilməməsi naminə erməni maraqlarını açıq mətnlə müdafiə etməkdən belə çəkinmirlər.
Publika.az
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI