Nida Təhlil
Qarabağda anti-terror əməliyyatı qaçılmazdır: Moskva Bakıya nə deyib?
Azərbaycan Qarabağda qalan qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasını tələb edir: xarici işlər naziri Ceyhun Bayramov dünən keçirdiyi mətbuat konfrasında bildirdi ki, “qanunsuz erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir”.
Lakin XİN rəhbərinin çıxışında diqqətçəkən məqamlardan biri Rusiyanın bu məsələyə münasibətinə dair dedikləri idi: Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”.
10 noyabr razılaşmasının 4-cü bəndində qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.
Erməni silahlılarının çıxarılması İrəvanın öhdəliyidir, hərçənd, razılaşmanın altına imza atan və bölgəyə sülhməramlılarını yerləşdirən Rusiyanın əsas öhdəliyi də bu razılaşmanın bütün bəndlərinin icrasını dəstəkləmək, prosesə nəzarət etməkdir. Moskva, faktiki olaraq öhdəliyindən yayınır, məsuliyyəti Ermənistanın üzərinə qoymaqla silahlı dəstələrin çıxarılması prosesini əngəlləyir. Çünki erməni silahlı dəstələrinin bölgədə qalmasında maraqlı tərəfdir:
- Bundan Bakıya qarşı təzyiq kartı kimi istifadə edir;
- Separatçı rejimin “müdafiəsi”ni bu dəstələr vasitəsilə təşkil edir;
10 noyabr razılaşmasından keçən iki il müddətində erməni silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, onların “döyüş postları” qurmasına şərait yaradan da Rusiya sülhməramlılar olub.
Bu vəziyyətdə yeganə çıxış yolu Azərbaycanın qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasıdır. Rusiya “öhdəlik Ermənistanındır” deyirsə, Bakının İrəvanın yerinə yetirmədiyi öhdəliyin icrasını güc yolu ilə təmin etməsinə qarışmamalıdır. Praktiki addım atılmadığı müddətdə nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək və bundan danışıqlar prosesini uzatmaq üçün yararlanacaqlar.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
