Nida Təhlil
Gerasimovun gəlişi, Arestoviçin gedişi və ukraynalı nazirin ölümü - Sirlər ÇOXALIR
Ukraynanın daxili işlər naziri Denis Monastırskinin və müavininin də həlak olduğu helikopter qəzasının səbəbləri araşdırılır, lakin təxribat olması versiyası da istisna edilmir. Bu hadisənin Qərb mediası tərəfindən Rusiyada “hibrid müharibəsinin banisi” adlandırılan Gerasimovun Ukraynadakı hərbi qüvvələrə baş komandan təyin olunmasından sonra baş verməsi diqqət çəkir.
Gerasimovun əməliyyatlara paralel olaraq, təxribat ssenarilərindən istifadə edəcəyi gözləniləndir. Bu kontekstdə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərliyinin olduğu helikopterin qəzaya uğraması suallar yaradır. Eyni zamanda, bir neçə gün öncə Aleksey Arestoviçin Dneprdəki hücumda Ukrayna hava hücumundan müdafiə qüvvələrini günahlandırması, ardınca “səhv etdiyini” deyərək, istefa verməsini yada salır. Bəllidir ki, Arestoviçin ittihamı “texniki səhv” deyildi. Onun istefadan sonra dediyi iki ifadəsi diqqət çəkdi:
- “Ötən dəfə gedəndə ay yarım sonra müharibə başladı. Bu dəfə görək nə olacaq”;
- “Nə qədər ki, müharibə gedir, tam dəstək verəcəm. Müharibədən sonra baxacağıq”;
Bu sözlərdən Ukrayna daxilində döyüş əməliyyatları ilə bağlı müəyyən fikir ayrılığının olduğu nəticəsi çıxır, hərçənd, müharibənin getdiyi vaxt bu o qədər də anormal hal deyil. Hərçənd,
- “Hibrid müharibəsinin banisi” Gerasimov komandan təyin olunur,
- Arestoviç Ukraynanı ittiham etdikdən sonra istefa verir və “bu dəfə gedəndən sonra nə olacaq” kimi müəmmalı fikirlər səsləndirir,
- Nazirin də olduğu helikopter qəzaya uğrayır.
Və bu məqamlar fonunda suallar yaranır: qəza rusların sui-qəsdi ola bilərmi və belədirsə, Ukrayna ordusunda Rusiyaya bağlı şəbəkənin ola bilməsi ehtimalı nə qədər mümkündür?!
Asif Nərimanlı
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması







.jpg)




.webp)

















.jpg)
.jpg)


