Nida Təhlil
ABŞ Panamaya, SSRİ Bakıya hücum etdi – Qorbaçova göndərilən gizli məktub
33 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda “qətliam ssenarisi” hazır idi.
Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olması da bunu göstərir. O vaxt şimal bölgəsinin yerli əhalisi hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi. Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla gerçəkləşdirildi.
Zirehli texnika ilə Bakıya daxil olan sovet ordusu şəhərdə dinc əhaliyə əsl divan tutdu. 20 Yanvar Azərbaycanın hüzn günü olmaqla yanaşı, müstəqilliyinə qovuşduğu tarix olaraq da yadda qaldı. Əli yalın azərbaycanlılar sovet tanklarının önünə çıxmaqla SSRİ imperiyasını çökdürdü, “xalqlar həbsxanasında” olan 15 respublikanı da azadlığa qovuşdurdu.
20 Yanvar hadisələrinə görə cinayət məsuliyyəti daşıyanlar hələ də cəzasını almayıb. Günahkar kim idi?. Bu sual qarşısında həmişə nəzərlər Moskvaya, keçmiş SSRİ-yə və ittifaqın “ləkəli başına” – Qorbaçova yönəlir. Lakin bu qırğına çağırış edənlər, ermənilərin müdafiəsi məqsədilə azərbaycanlıların qətlini sifariş verənlər, yaxud istəyənlər təkcə Moskvada yox, okeanın o tayında – Vaşinqtonda da əyləşmişdi.
Həmin dövrdəki beynəlxalq geosiyasi mənzərəyə nəzərə salaq. 1989-cu ildə ABŞ Panamaya müdaxilə etdi. Ardınca Şərqi Avropa ölkələrində Moskvaya qarşı etirazlar başladı. Vaşinqtondan SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə müraciət daxil oldu ki, Moskva baş verən etirazlara müdaxilə edərsə, ABŞ bu məsələdə neytral qalacaq. Kreml Vaşinqtonun bu müraciətini özünün Panama müdaxiləsinə haqq qazandırmaq üçün etdiyini anlayırdı. Ona görə də etirazlara qarşı silah işlədilmədi. Lakin bu, Kremlin Bakı müdaxiləsinə zəmin yaratdı. 1989-cu ildən cəmi bir il sonra Bakıda Qanlı Yanvar hadisələri törədildi və Vaşinqton susdu. Bu fakt 20 Yanvar faciəsinə görə, ABŞ-ın da bu və ya digər formada payının olduğunu deməyə əsas verir.
Lakin hər şey bundan ibarət deyildi və illər sonra ortaya çıxan bir sıra sənədlər azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, buna paralel olaraq, Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətində Vaşinqtondakıların da barmağının olduğunu göstərir...
1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pellə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. K. Pell görüş zamanı bildirir ki, Sovet rəhbərliyi “Azərbaycana erməni Qarabağı üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.
“Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, - Pell ABŞ-dakı erməni diasporunun verdiyi pulla aldığı bahalı kostyumunu düzəldə-düzəldə 25 il öncə Şevardnadzeyə belə deyirdi.
Həmin görüşdən bir gün sonra SSRİ-nin “ləkəli başı” “azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeridir. O həqiqət idi ki, Qorbaçov SSRİ-nin başına gətirilmiş ABŞ adamı idi və Vaşinqtonun “erməni sevgisi” onun timsalında təzahürünü tapırdı.
20 Yanvar qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Qorbaçova müraciət edir. Konqresmenlər azərbaycanlıların 6 gün ərzində Bakıda “qətllər və zorakılıqlar” həyata keçirmələri, eləcə də erməni əmlakının məhv edilməsi iddialarını irəli sürərək, narahat olduqlarını bildirirlər. İddia edirlər ki, öldürülən 60 nəfərin və yaralanan 156 şəxsin çoxu ermənilərdir.
“Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”, - məktubda bildirilir.
Bu müraciət ABŞ həmin dövrdəki siyasətçi və rəsmilərinin 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol oynadığını göstərir.
Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell da var. Həmçinin, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Brekslerdə müraciətə imza atıblar. Eyni zamanda, keçmiş dövlət katibi Con Kerri də qanlı imzalar arasında yer alırdı.
Göründüyü kimi, SSRİ-nin başda Qorbaçov olmaqla həmin dövrdəki rəhbərliyi və ABŞ-da oturanlar Azərbaycan xalqına qarşı qırğınları, soyqırımıları birlikdə icra ediblər.
Asif
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO