Nida Təhlil
Bu, Azərbaycan xanımına xas olan davranışdır
“Türkiyə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşdan da başqa, qardaş ölkədir. Biz “bir millət, iki dövlət” prinsipindən çıxış edirik. Məhz belə bir ağır gündə onlara yardım etmək qəlbində, ürəyində türk sevgisi olan hər bir Azərbaycan vətəndaşının borcudur”.
Bu sözləri Publika.az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyə bir daha bir millət, iki dövlət olduğunu təsdiqlədi:
“Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq Azərbaycanın əməliyyat-axtarış və humanitar yardım sahəsində lazımı dəstəyi verəcəyini nəzərə çatdırdı, bu istiqamətdə operativ addımlar atılıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Türkiyəyə yardım kampaniyasında fəal iştirak etməkdədir. Xalqımızın qardaş ölkəyə dəstəyi Azərbaycan və Türkiyə arasında dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur”.

A.Nağıyev qeyd edib ki, Türkiyəyə dəstək dövlət səviyyəsində həyata keçirilir:
“Hadisə baş verdiyi ilk gündən etibarən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva məsələni diqqətdə saxlayır. Bu yardım bizim insani borcumuzdur. Mehriban Əliyevanın paylaşımı və onun tapşırığı ilə həyata keçirilən dəstək kampaniyası müsbət bir hal kimi dəyərləndirilir. Türkiyənin birinci xanımı Əminə Ərdoğan dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Azərbaycanın birinci xanımının tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən zəlzələ bölgəsinə humanitar yardım göndərilib. Belə bir humanist addımın atılması Azərbaycan xanımına xas olan davranışdır”.

A.Nağıyev Mehriban Əliyevanın hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndəlırimizin əməyinə verdiyi yüksək qiymətdən də danışıb:
“Birinci vitse-prezident xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsini, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə dəstəyini xüsusi qeyd etdi. Xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığını, möhkəmliyini və əbədiliyini göstərir. Bu birlik daim olacaq, Azərbaycan dövləti, xalqı qardaş ölkənin hər zaman yanındadır”.
Akqabay Mıradov
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO








































