Nida Təhlil
Mehriban Əliyevadan bəşəri dəyərlərə söykənən addım
Türkiyədə baş verən zəlzələ hər birimizi dərindən sarsıtdı. İki dost və qardaş ölkə Azərbaycanla Türkiyə tarixin bütün dövrlərində sevincli və kədərli günlərdə bir-birinin yanında olublar. Zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycan xalqını da dərindən kədərləndirdi və ölkəmiz qardaş Türkiyənin dərdinə şərik çıxdı. Hər zaman olduğu kimi çətin günündə də Türkiyənin yanındayıq, sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa çalışır”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən Azərbaycanın dövlət və özəl qurumları yardım aksiyalarına qoşuldular, qısa müddətdə yardım aksiyası böyük bir hərəkata çevrildi:
“Türkiyəyə edilən yardımlarda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da rolu böyükdür. O, mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi bu prosesdə fəal rol oynadı. Mehriban xanımın yardımla bağlı paylaşımı da bu prosesin tərkib hissəsidir. Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göstərilir. Mehriban xanım Əliyevanın bilavasitə tapşırığı ilə Heydər Əliyev Fondu bu prosesdə fəallıq nümayiş etdirib. Çoxlu sayda tibbi ləvazimatlar, çadırlar və digər əşyalar xüsusi təyinat nöqtəsində toplanaraq Fondun xətti ilə bölgəyə göndərilib. Mehriban Əliyeva mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik qadın kimi bu prosesdə fəal rol oynadı”.
Millət vəkili qeyd edib ki, bütün bu addımlar Türkiyə dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir:
“Bu, iki ölkə rəhbərləri, aidiyyəti qurumlar arasında mehribanlığın, dostluğun ən yüksək həddə olduğunun göstəricisidir. Qardaş ölkəyə edilən dəstək Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əbədi olduğunun, xalqımızın birliyinin, Mehriban xanımın dəyərlərimizə bağlılığının, sədaqətinin, həqiqi Azərbaycan xanımı olduğunun, milli, mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir”.
Ceyhun Məmmədov Azərbaycanın Birinci vitse-prezidentinin hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərin, tibb işçilərinin, diplomatların, media nümayəndələrinin əməyini yüksək qiymətləndirdiyini vurğulayıb:
“Yardımlar ilk gündən Bakı şəhəri, Babək prospektində toplanmağa başladı. Sonra daha böyük məkanda, Bakı İdman Sarayında yardım kampaniyası davam etdirildi. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın etdilər. Kimisi gödəkçə, şalvar, əlcək, bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yorğan, döşək, əl fənəri, generator və s. ehtiyac duyulan nə varsa göndərməyə can atdı.
Prezident İlham Əliyevin bilavasitə tapşırıq və göstərişlərinə əsasən hazırda Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Azərbaycan sona qədər Türkiyənin yanında olacaq. Heç şübhəsiz ki, iki dost və qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaqlar. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı”.
Akqabay Mıradov
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar