Nida Təhlil
Səfir zəlzələ qurbanlarını ziyarət etdi - FOTO
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Ankara Universitetinin rektoru Necdət Ünüvarın müşayəti ilə Aleyna Ölməz, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Ərən Dönər, Ayça Çepni və Zeynəb Küçüklərin səhhəti ilə maraqlanıb.
Necdət Ünüvar Azərbaycan səfirinə uşaqların müalicəsi barədə məlumat verib.
Səfir uşaqlara hədiyyələr təqdim etdikdən sonra onlarla və yaxınları ilə söhbət edib, xoş arzularını çatdırıb, xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.
Səfir bəyan edib ki, Türkiyə heç vaxt tək deyil:
“Azərbaycan dövləti və xalqı hər zaman qardaşlarımızın yanındadır. Azərbaycan bundan sonra da zəlzələnin yaralarının sağalması üçün əlindən gələni edəcək”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)