Nida Təhlil
Laçın dəhlizində əməliyyat - Bakı anonsu verir
Rəsmi Bakının Qarabağda erməni təxribatına həm hərbi (MN), həm siyasi (XİN) müstəvidə verdiyi münasibətdə iki mesaj öz əksini tapır:
Birincisi, Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulmasıdır;
İkincisi, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır (10 noyabr bəyanatının 4-cü bəndi);
Lavrov Bakıda olarkən nəzarət-keçid məntəqəsinin qurulmasına imkan verməyəcəklərinə işarə vurdu. Rusiya bu məsələdə 10 noyabr bəyanatını əsas götürür, lakin eyni bəyanatda erməni silahlı dəstələrinin çıxarılması öhdəliyinə də əməl etmir. Belə görünür ki, 10 noyabr razılaşması yalnız bizim üçün keçərlidir.
Verilən hər iki mesajın reallaşması da yalnız praktiki addımlarla mümkündür. Laçın yolundakı aksiyanı bununla bağlı presedent kimi qəbul edə bilərik: aksiya başlayanda bütün tərəflər Bakıya təzyiq etməyə çalışsa da, nəticə əldə edə bilmədi, çünki hər şey Azərbaycanın suveren ərazisində baş verirdi;
Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulmasında da analoji addımdan istifadə etmək mümkündür: hərbçilərin müdafiəsi altında gömrükçülər keçid məntəqəsi qurandan sonra bəyanatlar, çağırışlar olsa da, hər kəs hesablaşmağa məcbur olacaq; Qarabağın silahsızlaşdırılması da yalnız məcburetmə əməliyyatı ilə mümkün görünür;
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
