Nida Təhlil
Xankəndindəki terrorçuların "müdafiəçisi" öz xalqına belə zülm edir - Şok detallar
Emmanuel Makron hökuməti öz ölkəsində mülki vətəndaşlarına - dinc aksiya iştirakçılarına zülm edir. Digər tərəfdən isə “fransızsayağı demokratiya” nümayiş etdirir və Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinin, terrorçuların, separatçıların “hüquq” müdafiəsinə qalxır.
Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Yeganə Hacıyeva bildirib ki, Makron hakimiyyəti cəmiyyətə qarşı yönəlmiş qanunlar qəbul edir.
"İstər sosial medianın, istərsə də QHT-lərin "terrorçu" adı ilə damğalanaraq saytlarının bağlanması repressiv idarəçilikdir. Təqaüd məsələləri reformu adı altında ölkədəki iqtisadi dairələrin və hökumətin ödəmələrinin azalması istiqamətində vətəndaşın əleyhinə, bəzi dairələrin xeyrinə qəbul edilmiş qanunların qəbul olunması da onların azadlğını limitləyir. “Qlobal terrorizmə qarşı mübarizə” başlığı ilə qanun qəbul edilib ki, bu da birmənalı olaraq ifadə azadlığını və fəaliyyətini bloklayır. Fransa parlamenti bunu məhz Makronun imzası ilə həyata keçirir. Bu, artıq 4-cü belə sənəddir ki, vətəndaşların kütləvi səviyyədə əleyhinə işləyir”.
Politoloq qeyd edib ki, referumlar yalnız təqaüd yaşı ilə bağlı deyil, həm də köçürmələri, təqaüdün hesablanması mexanizmlərini də özündə əks etdirən irtica bir sənəddir.
“Bundan öncəki toplaşma və ifadə azadlığına dair səsləndirilən hədələrin QHT-lərin fəaliyyəti ilə bağlı repressiyalarla bağlı olduğu bildirilsə də, sözügedən təqaüd mövzusu hər bir fransalının təqaüdündən oğurlanmış, hər bir vətəndaşın gələcəyindən oğurlanmış bir yanaşmadan ibarətdir. Makron belə sənədlərin qəbulunda birbaşa rol oynamasına baxmayaraq, başqaları haqqında da rəy bildirmək haqqını özündə saxlayır. Belə ki, o, digər ölkələrdə güya repressiyaların mövcud olması ilə bağlı, həmçinin insan haqları ilə əlaqəli mövzuları qabardaraq daxildəki iğtişaşları ört-basdır etməyə çalışır”.
Y.Hacıyeva Makronun Azərbaycana qarşı bəslədiyi münasibət haqqında da söz açıb.
"Bu, Makronun bir neçə istiqamət üzrə təşəbbüslərindən qaynaqlanır. Bu ona görədir ki, birmənalı şəkildə daxildəki erməni lobbisinə, iqtisadi lobbiyə xoş gəlmək və onun hesabına faktiki olaraq öz siyasi fəaliyyətini həyata keçirmək üçün addımlar atır. Söhbət həmin iqtisadi lobbi qruplarından gedir ki, onların bir neçəsi Azərbaycan ərazilərinin işğalı dövründə talançılıqla məşğul olublar. Qeyd edək ki, bu gün də Ermənistanın Marseldəki konsulu Vartan Simarkesin Qarabağ ərazisində resursların talanmasında adı çəkilir. Fransa da bu mövzularda cinayətləri gizlətmək üçün “insan haqları” münasibətlərindən istifadə etməyə çalışır. Bu yöndə Makron güya Cənubi Qafqazda ermənilərin müdafiəçisi qismində çıxış edir. Onun bu çıxışları, əcnəbi vətəndaşların aqibəti haqqında güya narahatlıq keçirməsi, daxildə öz vətəndaşlarına nümayiş etdirdiyi “fransızsayağı demokratiyanı” gizlədə bilməz”.
Ayşən Rəhim
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO