Nida Təhlil
İran terrorçuları Təbrizdə konsulluğumuza göndərdi – 44 il öncəki ssenari - VİDEO
Keçmiş Azərbaycan vətəndaşlarının SEPAH-ın dəstəyi ilə yaratdıqları “Hüseyniyyun” terror qruplaşması Azərbaycanın Təbrizdəki Baş konsulluğuna qarşı təxribat törədib: qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu Mossadın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.
Bu addım İranın konsulluğumuza qarşı təxribatları terror mərhələsinə keçirməsi deməkdir, “Hüseyniyyun” terrorçularının prosesə daxil edilməsi də bundan xəbər verir.
2 aprel tarixində “İran Təbrizdəki konsulluğumuza qarşı nə planlaşdırır?” adlı məqalədə təxribatların terror mərhələsinə keçə biləcəyi və mümkün təhlükələr haqda yazmışdıq.
- səfirliymizə qarşı törədilən terror ssenarisini təkrarlaya bilərlər;
- konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edərək, müdaxilə edə bilərlər;
“Hüseyniyyun” terror qruplaşmasının hərəkətə keçirilməsi prosesin bu istiqamətdə inkişaf edəcəyi gözləntisini artırır. Qruplaşmanın konsulluğumuza qarşı “Mossad nümayəndəliyi” ittihamı səsləndirməsi təsadüfi deyil və istisna deyil ki, İran “ABŞ səfirliyi” ssenarisini tətbiq edə bilər: qruplaşmanın “Mossad yuvası” iddiası ilə konsulluğun binasını ələ keçirməsi;
Qruplaşmanın təxribatının İran mediasında “Təbriz gənclərinin İlham Əliyevə xəbərdarlığı” kimi təqdim edilməsi də bu ehtimalı gücləndirir. Tehranın bununla “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaq istədiyi bəllidir. Lakin konsulluğumuza müdaxilənin “Təbriz gəncləri “Mossad yuvası”na etirazı” adı ilə edilə biləcəyi də istisna edilməməlidir.
Asif Nərimanlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı






.jpg)





























.jpg)
.jpg)