Nida Təhlil
Ermənistan Laçındakı təxribatı kimlərin fətvası ilə planlaşdırıb? - DETALLAR
Müdafiə nazirliyi məlumat yayıb ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində gərginlik yaranıb. Hazırda gərginlik davam edir.
Politoloq Amid Əliyev Publika.az-a açıqlamasında bildirib ki, baş vermiş təxribatın bütün məsuliyyəti Ermənistanın siyasi hakimiyyətinin və ona dəstək olan fars-molla rejiminin üzərinə düşür: “İranın oyunlarına oyuncaq olan Ermənistan isə bir daha göstərdi ki, heç də sülh sazişinin imzalanmasında maraqlı deyil.

Bütün bunlar isə bölgədə təhlükəsizliyin təmin olunamasına cavabdeh olan Rusiyanın sülhmərmalılarının gözü qarşısında və eləcə də Aİ mülki missiyasının xidməti sahəsində baş verir. Buradan görünən odur ki, Azərbaycan yaranmış vəziyyəti stabilləşdirmək və Ermənistanı sülhə məcbur etmək üçün qətiyyətli hərbi xarakterli cavab tədbirləri görməlidir”, - o deyib.
A.Əliyev qeyd edib ki, bu gün Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti dəfə Aİ mülki missiyasının gözü qarşısında təxribatı həyat keçirib.
“Ermənistanın sərhəddə Aİ mülkü missiyasını dəvət etməsi ona hesablanıb ki, sərhəddə təxribat baş versin və buna görə cavabdehlik Azərbaycanın üzərinə düşsün. Laçın yolunda ictimai nəzarətin olması əlavə olaraq alternativ yolların da Azərbaycan ordusunun nəzarətinə keçməsi bu təxribatların olması ehtimalını artıran faktorlardır. Əsas məqsəd Aİ mülki missiyası tərəfindən reallığı əks etdirməyən hesabatları hazırlayan Avropa Şurasına təqdim etmək və bununla da Azərbaycana qarşı hansısa qətnamənin qəbuluna nail olmaqdır. Xankəndi və ətraf ərazilərlə əlaqə kəsiləndən sonra separatçı rejimin təminatı və silahlandırılması məsələsi Ermənistanın gündəmində olan əsas məsələlərdən biri idi. İlk dəfə olaraq bugünkü təxribatda Ermənistan İran tərəfindən verilmiş dronlardan istifadə edib. Bu da onu deməyə əsas verir ki, İran bu məsələdə Ermənistanı dəstəkləməklə sülhün əldə olunmasını ləngidir, bölgədə eskalasiyanın yaranmasına şərait yaradır”.
Ayşən Rəhim
-
Mətbəx02:42Əti əsla sərtləşdirməyən marinad texnikası
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT25 Avqust 22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin125 Avqust 22:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial25 Avqust 20:24Elxan Mütəllimova yüksək vəzifə verildi





















.jpg)













.jpg)
.jpg)