Nida Təhlil
Sinan Oğanın dəstəyi və... - Ərdoğan II turda niyə qalib ola bilər?
Türkiyədə prezident seçkilərinin II turunda Ərdoğan-Kılıçdaroğlu yarışında iki önəmli faktor həlledici ola bilər.
Birincisi, Sinan Oğanın kimi dəstəkləməsi idi: ki, seçimini Ərdoğandan yana etdi və bu, Oğanın qazandığı 5,2 faizlik səsin hamısının arxasınca aparacağı demək olmasa da, nəticəyə təsir edəcək;
- Səslərin 1 faizinin belə Ərdoğana getməsi qələbəni təmin etməyə imkan verir;
- ATA ittifaqında yer almış Zəfər partiyası Millət ittifaqını dəstəkləsə belə, Kılıçdaroğlunun ala biləcəyi 5 faizlik səs yarıya bölünür;
İkincisi və ən önəmlisi, seçki psixologiyasıdır: bir tərəfdə parlament seçkilərini qazanan və 49,5 faiz səslə önə keçən Ərdoğan, digər tərəfdə bütün problemlərə və altı partiyanın, üstəgəl, HDP-nin səsi ilə qazana bilməyən, parlament seçkilərini də uduzan Kılıçdaroğlu var; bu situasiya Ərdoğan tərəfdarlarında psixoloji üstünlük, Kılıçdaroğlu tərəfdarlarına inamsızlıq yaradır və bunun II turda nəticəyə təsiri olacağı gözləntisi az deyil;
a) I turda uduzan Kılıçdaroğlunun “onsuz da qazanmayacağı” düşüncəsi ilə seçkilərə getməyənlər olacaq;
b) Kılıçdaroğlunun namizədliyinə əvvəldən qarşı çıxan CHP-lilər də daxil olmaqla “altılı masa” tərəfdarları arasında “etiraz səsləri” Ərdoğana gedə bilər;
Seçkiyə sayılı günlər qalmış fors-major situasiya baş verməsə, Kılıçdaroğlunun işi çətin görünür. Və I turdan öncə apardığı kampaniya ilə II turdan öncə apardığı kampaniya arasındakı ziddiyyətlər, xüsusilə millətçiliyə U dönüşü əleyhinə işləyə bilər.
Asif Nərimanlı
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu



































