Nida Təhlil
Kılıçdaroğlu Azərbaycana qarşı planına necə haqq qazandırır? - DETALLAR
Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlu “Türk yolu” adlandırdığı layihəsindən Azərbaycanı niyə çıxardığına dair sualı cavablandırıb.
Publika.az xəbər verir ki, “Youtube” kanalı “BaBala TV”də yayımlanan “Mövzular: Açıq Mikrofon” verilişində bu haqda sualı cavablandıran Kılıçdaroğlu Azərbaycan-Türkiyə qardaşlığına sadiq qaldıqlarını dilə gətirib.
Bildirib ki, əsas hədəfi Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, “Mərkəz Türkiyə” layihəsini böyütmək, Türkiyənin digər türk respublikaları ilə daha da yaxınlaşdıran iqtisadi təməl formalaşdırmaqdır.
Kılıçdaroğlu Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir, lakin əlavə edir ki, dəhlizin açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana davamlı dəstək göstərməsinə bağlıdır.
“İranla Ermanistan arasındakı əməkdaşlıq bu dəhlizin açılmasına maneə yaradır. Əgər Türkiyə öz gücündən istifadə edərsə, dəhlizin fəaliyyətinin həm biz, həm də İran, Ermənistan, digər Türk dövlətləri üçün böyük faydası olacağını və yaranacaq iqtisadi üstünlükdən bütün ölkələrin yararlana biləcəyinə regionu inandıra bilərsə, bölgədə daha güclü olacağıq. Biz o dəhlizi genişləndirməyə və böyütməyə məcburuq”, - o deyib.
Kılıçdaroğlunun cavabından bir neçə nəticə çıxır:
Birincisi, əslində o, “Türk yolu” adlandırdığı layihədən Azərbaycanı niyə çıxardığını konkret izah etmir, ümumi sözlərlə danışır: halbuki, onun təqdim etdiyi xəritədə Orta dəhlizin İran üzərindən keçdiyi aydın görünür və özü də bildirirdi ki, bu yol Təbriz və Tehrandan keçərək, Mərkəzi Asiyaya çıxacaq;
İkincisi, layihədən Azərbaycanın çıxarılması bölgədə İran və Ermənistanın marağındadır və bu baş verərsə, təkcə Zəngəzur dəhlizi yox, həm də Azərbaycanın Gürcüstan üzərindən illərdir həyata keçirdiyi Şərq-Qərb layihəsi də sual altına düşür, ümumiyyətlə Bakı oyundan kənarda qalır, digər tərəfdən, Ermənistanın önünü açır: Kılıçdaroğlu Azərbaycanı “xəritədən silməsini” “İranla Ermənistan arasındakı əməkdaşlıq bu dəhlizin açılmasına maneə yaradır” fikri ilə izah etməyə çalışır və özü açıqlamasa da, belə çıxır ki, “problemin” həll yolunu İran və Ermənistanın maraqlarının nəzərə alınmasında görür;
Üçüncüsü, o, “dəhlizi böyütmək üçün regiondakı hər kəsi bunun faydalarına inandırmalıyı” deyir, hərçənd, Azərbaycan və Türkiyə son iki ildə bu istiqamətdə çalışır və əsas hədəfi də türk coğrafiyasını bir çatı altında toplamaqdır: Kılıçdaroğlu əslində hazır layihəni “həyatımın layihəsi” adlandıraraq, mənimsəmək istəyir;
Ümumilikdə K.Kılıçdaroğlu Azərbaycanı niyə layihədən kənarlaşdırdığını cavabsız qoyur, sadəcə, “qardaşlıq hüququ” üzərindən yayınmağa çalışır.
Asif
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




