Nida Təhlil
İran istiqamətində işlər görülür - Ermənistan bu təzyiqlərə çox tab gətirə bilməz
“25 may Moskvada keçirilən üçtərəfli görüşdə iki sənədin imzalanacağı ehtimalı daha çox Rusiya və Rusiya kimilərin ehtimalları idi. Mən hər hansı sənədi imzalanacağını düşünmürdüm. Çünki bunun üzərində işləmək lazımdır, bir mahiyyəti olmalıdır. Bu istiqamətdə məsləhətləşmələr, işlər aparılmırdı. Belə deyək ki, əlavə sənəd bizə lazım deyil. O qədər sənədlər və bəyanatlar imzalanıb. Bunların üzərinə birinin də əlavə edilməsi hadisələrin gedişində heç bir təsir göstərməyəcək”
Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, Azərbaycanın məqsədi hər hansı sənədin imzalanması deyildi.
“Azərbaycanın mövqeyini Rusiya tərəfi də bilir və başa düşürdü. Bu səbəbdən də, sənədin imzalanması üçün böyük ehtimalla, bir sıra təkliflər olub, amma biz əlavə kağızı imzalamağı lüzum bilmədik. Ona görə ki, bizim məqsədimiz müəyyən olunan əsas 3 istiqamət üzrə sülh müqaviləsi, delimitasiya və kommunikasiyların açılması prossesi üzrə irəliləyişlərin əldə olunması idi. Bizim üçün real irəliləyiş daha vacibdir, nəinki əlavə bir sənədin ərsəyə gəlməsi”, - o deyib.
İ.Vəlizadə sözügedən görüşün nəticəsi haqqında da danışıb.
Politoloqun sözlərinə görə, bu istiqamətdə hadisələri daha çox müsbət qiymətləndirmək olar: “Çünki Azərbaycan bir daha öz mövqeyini ortaya qoyub. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı şərtlərini bir daha açıqlayıb. Düşünürəm ki, Rusiya tərəfi də Azərbaycanın istəklərini anlayır. Bu istəklər Rusiyanın istəkləri ilə də üst-üstə düşür. Rusiyaya da kommunikasiyalar gərəkdir, İran istiqamətində artıq işlər görülür. Onlara əlavə nəqliyyat rabitələri lazımdır. Zəngəzur dəhlizi onlar üçün əlavə vasitədir. Bu, Rusiyanın mallarının Türkiyə və Aralıq dənizi sahillərinə daşımasına imkan verir.
Ermənilər də bu təzyiqlərə çox tab gətirə bilməzlər. Paşinyan da bildirib ki, ideya maraqlıdır. Sadəcə onlar dəhlizi qəbul etimirlər. Ümumiyyətlə, bunun nə demək olduğunu anlaya bilmirlər. Paşinyan bunu başa düşmür və bu onun öz problemidir. Hesab edirəm ki, bu məsələdə müəyyən qədər irəliləyişlər gözləmək olar. Tərəflər Moskva görüşü əsnasında müəyyən planlar tərtib ediblər. Baş nazir müavinlərinin iştirak edəcəyi növbəti görüşdə ya ehtimallar təsdiqlənəcək, ya da təsdiqlənməyəcək.
Lakin bir halda ki, dinamika var və tərəflər də konkret məsələləri müzakirə etməyi qərara alıblar, deməli, irəliləyiş var. Vladimir Putin də əslində razılıqların əldə olunduğunu, lakin müəyyən qədər texniki problemlərin mövcudluğunu vurğulayıb. Onları da aradan qaldırmaq olar”, -deyə, Vəlizadə yekunlaşdırıb.
Ayşən Rəhim
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi







































