Nida Təhlil
Separatçılar Qarabağı belə tərk edəcəklər - Türk general detalları açıqladı
“Dövlət idarəçiliyində diplomatiyanın görəcəyi, əsgərlərin atacağı addımlar hər zaman etap-etap həyat keçirilir. Bundan öncə bildirmişdim ki, 10 noyabr bəyanatından, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonrakı 32 ay ərzində Azərbaycan daima qeyd etdiyimiz şəkildə həm diplomatik, həm də hərbi müstəvidə beynəlxalq hüquq çərçivəsində addımlar atıb. Prezident İlham Əliyevin planları ilə prosses ardıcıl olaraq davam etdirilib”.
Bu fikirləri Publika.az-a açıqlaması zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Azərbaycan ərazilərində hər hansısa bir silahlı birləşmələrin bundan sonra qalmasından söhbət belə gedə bilməz.
“Bu haqda ölkə başçısı Laçın səfərində də bəyan etdi. Bu çox önəmli bir haldır. Burada önəm kəsb edən odur ki, separatçılar, terrorçular Azərbaycanı beynəlxalaq hüquq baxımından çətin bir vəziyyətə sövq etmək istəyirlər. Amma İlham Əliyevin Laçından etdiyi xəbərdarlıq onların bu planlarını da pozdu.
Sivillərə zərər vermədən, beynəlxalq hüquqa zidd olmadan separatçılara qarşı hər an istər "nöqtə əməliyyatı", istərsə də anti-terror əməliyyatı həyata keçirilə bilər”.
General qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın belə “Qarabağ Azərbaycandır” deməsindən sonra terrorçu və separatçıların təslim olmaqdan və bölgəni tərk etməkdən savayı yolları yoxdur.
“Bu, belə də olacaq. Sadəcə bunlar onların son çırpıntısıdır. Onlar hələ də “bir dəstək tapa biləcəyikmi?” deyə fikirlərlə dolaşırlar. Lakin sonda döyəcəkləri bir qapının olmadığını gördükdə, əraziləri tərk edəcəklərini hər birimiz görəcəyik. Bu prosses mütləq surətdə cari il ərzində yekunlaşacaq”,- deyə general yekunlaşdırıb.
Ayşən Rəhim
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi













.jpg)










.png)











