Nida Təhlil
Qriqoryanın dediyi yox, hökumətin addımı əsasdır: Sülh müqaviləsi bu tarixdə imzalana bilər
“Ermənistan Təhlükəsizlik Şurası sədrinin bəyanatında səsləndiriyi fikirlər əslində son aylar Azərbaycan-Ermənistan sülh gündəliyi çərçivısində müşahidə edilən aktivliklə izah oluna bilər.
Vaşinqton, Brüssel, Moskva və Kişinyov görüşlərində tərəflərin mövqelərində, xüsusuilə də Ermənistanın mövqeyində pozitivlik müşahidə olunur. Ən əsası isə Moskva görüşündən sonra Ermənistanın tərəddüdlü bəyanat verməməsini xüsusi olaraq vurğulamaq lazımdır”.
Bu sözləri Publika.az-a açıqlaması zamanı politoloq Amid Əliyev deyib.
Politoluqun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında bir sıra razılıqlar əldə edilib.
“Buna, ötən günlərdə Moskvada üç ölkənin Baş nazirlərini müavinləri səviyyəsində keçirilən görüşdə Azərbaycanla Naxçıvan arasında dəmiryol xəttinin bərpası və işə düşməsi haqqında razılığı da əlavə etmək olar.
Yaxın günlərdə isə hər iki ölkənin XİN rəhbərləri Vaşinqtonda bir araya gələcəklər. Bu intensivlik iyulun 21 də Brüssel görüşündə tərəflərin ilkin saziş variantını təsdiq edəcəkləri ehtimalını ortaya qoyur. Oktyabrda isə İspaniyada III Zirvə görüşündə sülh sazişinin imzalanmasını, böyük ehtimalla proqnozlaşdırmaq olar. Qriqoryanın öz bəyanatında prosesi ilin axırına qədər yubanacağını deməsi də bununla izah oluna bilər”.
A.Əliyev qeyd edib ki, bunlarla yanaşı Ermənistan 10 noyabr bəyanatı üzrə də öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
“Sərhədlərin delimitasiyası başlamalı, anklavlar qaytarılmalı və bölgədəki qanunsuz erməni silahlıları çıxarılmalıdır. Məhz bu addımlar bölgədə nəzərdə tutulan dayanıqlı sülhü təmin edə bilər.
Ermənistan siyasi hakimiyyətinin müxtəlif ranqlı şəxslərinin verdiyi bəynatlar yox, real olaraq həyata keçirdikləri addımlar və verilən öhdəliklərə olan sadiqlik əsas götürülməlidir”, - politoloq yekunlaşdırıb.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)













.jpg)


