Nida Təhlil
ABŞ aktivləşir: NED Azərbaycanda xaos planına milyon dollar ayırıb
ABŞ-ın Demokratiyaya Dəstək Milli Fondu (NED) 2022-ci ildə Azərbaycanda QHT və media sektoruna 1100000 dollar qrant ayırıb. Hərçənd, vətəndaş cəmiyyəti sektoru bu maliyyələşmədən yalnız qrantlar ayrıldıqdan sonra xəbər tutur və məlum olur ki, bir milyon dollardan artıq olan maliyyə xüsusi seçilən istiqamətlərə yönləndirilib:
- Korrupsiyaya uğramış tenderlərin sənədləşdirilməsi;
- Gənc Alimlərin Demokratiya Tədqiqatına cəlb edilməsi;
- Azərbaycanda hüquqlardan sui-istifadə və korrupsiyaya görə hesabatlılığın təşviqi;
- Yerli iştirak üçün bacarıqların yaradılması, hüquqi yardımların göstərilməsi;
- İnsan hüquqlarının monitorinqi;
- Yerli problemlərin həlli, Vətəndaş İştirakının və İcma İştirakının Gücləndirilməsi və s.
Qrantı qazanan təşkilatların adları məlum deyil, lakin layihə istiqamətləri seçilən QHT və media orqanlarının kimlər, yaxud hansı missiyanı icra etdiyinə dair təsəvvür formalaşdırır.
Və QHT sektorunun bu qrant layihələrindən yalnız sonradan xəbər tutması mexanizmin və hədəflərin nə olduğunu anlamağa imkan verən əsas amildir.
Gizli maliyyələşmə mexanizmi
Hələ 2014-cü ildə USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycana 2,4 milyon dollarlıq qrant layihəsi ayırmışdı və bu layihə haqda məlumat yalnız qrantın ayrılmasından sonra yayıldı. Burada gizli maliyyələşmə mexanizmi işləyir.
Donor təşkilatları qalib olacaq təşkilatları və maliyyənin ayrılacağı layihələri öncədən müəyyənləşdirir, qısa müddətli qrant müsabiqəsi elan edilir və bu müddətdə digər təşkilatlar nəinki layihənin hazırlanmasını, ümumiyyətlə sənədlərin toplanmasını belə həyata keçirə bilmirlər. Nəticədə öncədən seçilən təşkilatlar və hazırlanan layihələr qalib olur. Bu təşkilatların üzərinə qoyulan öhdəliklər var: vətəndaş “aktivliyi” adı altında şəbəkələrin formalaşdırılması, müxtəlif iddiaları gündəmə gətirməklə gərginliyin yaradılması və Azərbaycanda hökumətə təzyiq rıçaqlarının formalaşdırılması;
Bu təşkilatlar missiyasını tamamladıqdan – lazım olan gərginliyi yaratdıqdan sonra beynəlxalq təşkilatlarda onların hazırladığı “arqumentlər” Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı təzyiq rıçağı olaraq istifadə edilir. Əvvəlki təcrübə təsdiq edir ki, bu təzyiq rıçağı xüsusilə erməni diasporu/lobbisinin də təmsil olunduğu anti-Azərbaycan qruplar üçün hazırlanır. Qrant müsabiqəsinin gizli meanizmlə aparılması da buna hesablanıb.
Analoji hal NED-in qrant müsabiqəsində də baş verir. Bu il məlum olur ki, 2022-ci ildə təşkilat gizli maliyyələşmə mexanizmi üzrə Azərbaycandakı təşkilatlara 1 milyon 100 min ABŞ dollarından artıq qrant ayırıb.
Layihələrin məqsədi nədir?
Qrant müsabiqəsində maliyyələşdirilən istiqamətlər gerçək hədəflərin nələr olduğunu da anlamağa imakn verir.
Birincisi, korrupsiyaya ilə bağlı araşdırmalardır: Azərbaycana qarşı uzun illər beynəlxalq səviyyədə “korrupsiya” ittihamı üzərindən kampaniya aparılıb və bir çox hallarda hökumətin korrupsiyaya qarşı mübarizədə atdığı addımlar gözardı edilərək, daha çox maliyyə ayrılan təşkilatların iddiaları əsas götürülüb; eyni proses yenidən həyata keçirilir və məqsəd analji kampaniyaların aparılmasıdır;
İkincisi, gənc alimlər öz şəbəkələrinə cəlb etmək, “demokratiya” adı altında həyata keçirdikləri siyasətə intelektual dəstəyə nail olmaqdır;
Üçüncüsü, insan haqları ilə bağlı klassik işin yenidən davam etdirilməsi, “söz azadlığının pozulması”, “demokratiyanın” olmamasına dair kampaniyaların aparılmasıdır;
Dördüncüsü, yerli problemlərin qabardılması, icmalaşmanın gücləndirilməsidir: xüsusilə 2017-ci ildən sonra ABŞ təşkilatlarının Azərbaycanda regionlara diqqət ayırdığı, gənc və yeniyetmələrin iştirakçılığına, yəni şəbəkəyə cəlb edilməsinə üstünlük verdiyi diqqət çəkir;
NED-in gizli maliyyələşmə mexanizmi ilə qrantları bəlli təşkilatlar arasında bölüşdürməsi və dəstəklənən istiqamətlər ABŞ-ın Azərbaycanda qeyri-sabitliyə və gərginliyə “yatırım” etdiyi fikrini önə çıxarır. NED-in əsas qollarından olan ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) 2013-cü ildə Bakıda “facebook inqilabı” törətmək cəhdi uzaq tarix deyil. Həmin vaxt təşkilat xaos planına 2 milyon dollar maliyyəni eyni mexanizmlə - özlərinə bağlı təşkilatlar üzərindən “yatırım” etmişdi. Bu uğursuz cəhddən sonra “rəngli inqilab” ssenarilərinin qurulduğu şəbəkə böyük ölçüdə dağıldı, “facebook inqilabı”nın əsas koordinatoru Aleks Qriqoryevs ölkəni tərk etdi.
10 il sonra eyni ssenari yenidən hazırlanır?
Baş verən siyasi proseslər, xüsusilə ABŞ-ın hədəfləri fonunda NED-in gizli maliyyələşmə mexanizmi ilə ayırdığı milyonlarla dollar vəsait bu sualı aktuallaşdırır. 1 milyon 100 min ABŞ dolları az məbləğ deyil və xaosun yaradılması, yaxud gələcək xaos planlarının təməlinin atılması baxımından yetərincə hesab edilə bilər.
ABŞ-da keçirilən “demokratiya sammiti” ərəfəsində yayımlanan “Demokratiyanın Parlaq Nöqtələrini Anlamaq və Dəstəkləmək” adlı sənəd və “demokratiyanın dəstəklənməsi” adı altında əksini tapan fikirlər bu kontekstdə diqqət çəkir:
- Kütləvi səfərbərlik - kütləvi iğtişaşların törədilməsi ilə mövcud hakimiyyətlətin səlahiyyət müddəti başa çatmasa da, devrilməsi;
- Hakimiyyətdə olan liderlər demokratik tərəqqi ilə bağlı addım atsa belə, onun uzunmüddətli hakimiyyətinin qəbul olunmaması və müdaxilə edilməsi;
- Mövcud liderlər səlahiyyət müddətini artırmaq istəyəndə kütləvi səfərbərlik yolu ilə müdaxilə etmək;
- Seçkilərdə mövcud liderin zəiflədilməsi və dəyişdirilməsi yolu;
Ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə olan bu strategiya ABŞ-ın Şərqə doğru qlobal nüfuzunu yenidən təmin etməyə hesablanıb və proseslər göstərir ki, iğtişaşların yaradılması, xaos planlarının tətbiqi yenidən gündəmdədir. Keçmiş təcrübə və yayılan faktlar Azərbaycanın bu məsələdə diqqəti olması zərurətini aktuallaşdırır.
Asif Nərimanlı
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?