Nida Təhlil
Bakının antiterror əməliyyatı öncəsi Moskva nəyə əl atdı?
Qarabağda mümkün antiterror əməliyyatı öncəsi Rusiya öz oyununu oynamağa başlayıb. “Ria Novosti”nin ABŞ-ın Qarabağdakı separatçılara “reinteqrasiya görüşlərindən imtina ediləcəksə, Bakının antiterror əməliyyatına başlayacaq” xəbərdarlığına dair tirajladığı informasiya Moskvanın prosesi idarə etmək gedişi olaraq görünür.
Rusiya ABŞ-ı ittiham edir, o cümlədən, “günah keçisi” olaraq separatçıların qondarma “xarici işlər naziri” Qazaryanı göstərir. Reinteqrasiya və bunun ABŞ vasitəçiliyi ilə həyata keçirilməsi Moskvanın Qarabağdakı maraqlarına ciddi zərbədir, bu baxımdan, infotəxribatlarla prosesi baltalayır.
Lakin başqa məqam da diqqətdən yayınmamalıdır: ABŞ xəbərdarlıq etsə belə, separatçıların reinteqrasiya prosesinə razılaşacaqları çətin görünür və mövcud vəziyyətdə, xüsusilə son təxribalar fonunda antiterror əməliyyatı daha aktual görünür; Bakı antiterror əməliyyatı keçirmək qərarı veribsə, rusların bu cür infotəxribatları bunun qarşısını ala bilməyəcək;
Bu baxımdan, rusların infotəxribatı daha çox özünü “sığortalamağa” bənzəyir. Mümkün antiterror əməliyyatında “Bakını buna sövq edən Vaşinqtondur” deyə bilmək üçün istinad nöqtələri yaradırlar.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
