Nida Təhlil
Əliyevin Xankəndi tələbi: separatçılar tərk-silah ediləcək
Prezident İlham Əliyev Qarabağla bağlı əsas tələbi irəli sürdü: Ermənistanın silahlı qüvvələri çıxmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidi;
Prezidentin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun görüşündə çıxışı zamanı dilə gətirdiyi bu fikirlər bir neçə kontekstdə diqqət çəkir.
Birincisi, Bakı erməni qoşunları ilə yanaşı, separatçıların qondarma “müdafiə ordusu” dedikləri dəstələrin də təslim olması mövqeyini qoyur: bu tələb həmişə mövcud olub, lakin indiyə qədər daha çox erməni qoşunların çıxarılmasından danışılırdı, İrəvan isə erməni hərbçilərini qondarma “müdafiə ordusu” adı altında komuflyaj edərək, bölgədə saxlamağa çalışır;
İkincisi, erməni qoşunların çıxarılması ilə yanaşı, terrorçu dəstələrin tərki-silah edilməsi Bakının Xankəndidə mərkəzi hakimiyyəti bərpa etməsi planının əsas elementlərindəndir və Prezident İlham Əliyev bu tələbi artıq beynəlxalq müstəvidə gündəmə gətirir;
Üçüncüsü, bu tələblərin Qoşulmama Hərəkatının görüşündə gündəmə gətirilməsi Bakının beynəlxalq ictimaiyyəti məlumatlandırması xarakteri daşıyır;
Ermənistanın qoşunlarını çıxarmaq öhdəliyini xoşluqla icra edəcəyi, atəş açılmadan bölgənin silahsızlaşdırılacağı gözləntisi azdır. Xankəndidəki separatçıların son açıqlamaları da göstərir ki, onlar təslim olmaq yox, müharibə aparmaq istəyirlər. Bu kontekstdə hər iki tələbin – erməni silahlı qüvvələrinin çıxarılması və separatçıların tərki-silah edilməsi icrasının Azərbaycan ordusu tərəfindən praktiki müstəvidə həyata keçiriləcəyi qaçılmaz görünür. Prezident İlham Əliyevin bunu beynəlxalq tədbirdə dilə gətirməsi də atılacaq addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


