Nida Təhlil
Ağdam marşrutu: Bakı Xankəndiyə ərzağı nə vaxt göndərəcək?
Brüssel görüşünün yekun nəticəsinə görə Avropa İttifaqı Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasınını dəstəkləyib. Bu, erməni əhalisinin reinteqrasiyasına nail olmaq baxımından ən həlledici amil ola bilər.
Bu, Azərbaycan məhsullarının Xankəndiyə daşınması deməkdir və sonrakı addımlara da yol açacaq: hazırda xəstələrin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ermənistana aparılması üçün Laçın yolundan şərait yaradılır, lakin ərzaq təminatı BQXK-nın İrəvandakı yox, Bakıdakı ofisə tabe olmasını, xəstələrin də Azərbaycan xəstəxanalarına gətirilməsini şərtləndirəcək, beləliklə, erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyətin bərpasına nail ola biləcəyik;
Hərçənd, Brüssel razılaşması və Aİ-nin Ağdam marşrutunu dəstəkləməsi məsələnin praktiki həlli demək deyil. Separatçılar müqavimət göstərir və təşkil etdikləri aksiya ilə erməni əhalisini nəzarətdə saxlayırlar. Bu baxımdan, ərzaq təminatına nail olmaq müəyyən qədər ağrılı proses ola bilər.
Birincisi, separatçılar təxribatlarla esklasiya yarada, “son erməni qırılana qədər” prinsipinə qədər gedə bilər;
İkincisi, erməni əhalisinə qarşı təxribat törədə və bunu Azərbaycanın üzərinə yıxmaq məqsədilə səhnələşdirə bilərlər;
Ermənistanın iki azyaşlının ölümünü Azərbaycanın üzərinə yıxmaq cəhdi də belə ssenarilərin tətbiq ediləcəyini istisna etmir. Rusiya sülhməramlıları da bu məsələdə dəstək verəcək.
Lakin mümkün təxribatların prosesi əvvəlki vəziyyətə qaytaracağı - Laçın postunun yüklər üçün açılmasına səbəb olacağı ehtimalı azdır. Çünki artıq bütün kartlar açılıb və baş verən, yaxud verə biləcək hadisələrin səbəbləri, axasında kimin olduğu bəllidir.
Aİ-nin Ağdam marşrutunu dəstəkləməsi isə nəzəri olaraq Bakının mövqeyini gücləndirir. Və Azərbaycan Ağdam marşrutunun praktiki olaraq işə düşməsi istiqamətində addımlarını davam etdirəcək.
Asif Nərimanlı
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)
.jpg)