Nida Təhlil
Moskvadan Ankaraya “Qarabağdakı sülhməramlılar” mesajı - Rusiya nə istəyir?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxmasına dair açıqlamasına “Ankara üçtərəfli bəyanatın tərəfi deyil" münasibətini bildirib. Moskva bununla “Türkiyə qarışmamalıdır” mesajını verir.
Əslində Türkiyə təkcə siyasi yox, həm də hüquqi baxımdan tərəfdir.
Birincisi, Zaxarovanın istinad etdiyi 10 noyabr razılaşmasının 8-ci bəndində qeyd olunur: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.
Bu razılaşmaya əsasən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb, türk əsgəri də bu razılaşmaya uyğun olaraq bölgəyə daxil olub. Monitorinq Mərkəzinin praktiki baxımdan nə qədər effektiv olub-olmaması başqa məsələdir, amma üçtərəfli razılaşmaya əsasən Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi tərəfidir.
İkincisi, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanla Türkiyə arasında 44 günlük müharibədən əvvəl imzalanan müqavilələr də, müharibədən sonra imzalanan Şuşa Bəyannaməsi də bizim ərazimizlə bağlı məsələlərdə Ankaranı hüquqi tərəfə çevirir.
Türkiyənin rus sülhməramlılarının zamanı çatanda Qarabağdan çıxmasını istəməsinin hüquqi əsasları var. Moskvanı narahat edən qaçılmaz perspektivdir. Azərbaycan üçtərəfli razılaşmanın 4-cü bəndində qeyd olunduğu kimi, sülhməramlıların missiyasının bitmə müddətinə 6 ay qalmış buna xitam verilməsi üçün müraciət edəcək, hazırki proseslər də buna doğru inkişaf edir. Ankaranın belə mövqe sərgiləməsi Bakının mövqeyini gücləndirir, bu perspektivin qarşısını almaq istəyən Moskvanın imkanlarını zəiflədir.
Asif Nərimanlı
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO


























.jpg)










