İrəvanın sərhədimizdə “yardım şousu”nun pərdəarxası - Sifarişi hansı ölkə verib?
Bizi izləyin

Nida Təhlil

İrəvanın sərhədimizdə “yardım şousu”nun pərdəarxası - Sifarişi hansı ölkə verib?

Ermənistanın Azərbaycan sərhədində nümayiş etdirdiyi “yardım şousu” ətrafında müəmmalı sualların müzakirəsi davam edir.

Publika.az
xəbər verir ki, Ermənistan mediasında tirajlanan suallar belədir:

- Yardımı niyə əvvəl yox, indi göndərirlər?
- Niyə 15 iyun tarixindən (Ermənistanın təxribatından sonra Laçın postu yük daşınması üçün bağlandı) sonra göndərmədilər?
- Ermənistan hakimiyyəti yüklərin keçidinə dair sülhməramlılardan dəqiq zəmanət almadan bu addımı niyə və hansı məqsədlə atıb?

Bu suallar ətrafından birdən çox versiyalar mövcuddur.

Birinci versiya: Ermənistan bütün diplomatik və təbliğat səviyyələrində məğlub olduğunu anladıqdan sonra son variant kimi bu addımı atır;
İkinci versiya: Qarabağda yaranmış vəziyyət Ermənistan hakimiyyətinə qarşı narazılığı artırdığı üçün Paşinyan əlindən gələn etdiyini nümayiş etdirir: daha sonra “hər şeyi etdim, amma qərar verən Azərbaycandır, ona görə də təkliflərini qəbul etməliyik” deyəcək;
Üçüncü versiya: “yardım” əməliyyatının təşkilatçısı Qərbdir və bununla Rusiya sülhməramlılarının bölgədə problemləri həll edə bilmədiyini göstərmək, onları beynəlxalq vasitəçilərlə əvəzləmək ssenarisini aktuallaşdırmaq istəyirlər: Avropa İttifaqının müşahidəçilərinin “məsələ həll olunana qədər sərhəddə qalmaq istəkləri” də bu kontekstdə diqqət çəkir;
Dördüncü versiya: “yardım şousu”nun təşkilatçısı Rusiyadır: Moskva görüşündə nəzəri olaraq Bakının gündəliyini qəbul edən ruslar praktiki müstəvidə bunun mümkünsüzlüyünü nümayiş etdirmək, beynəlxalq təzyiqlə Laçın postunun açılmasına, beləliklə, reinteqrasiyanın önünün kəsilməsinə nail olmaq üçün İrəvanla birgə oyun qurur;

Hər bir versiya ayrı-ayrılıqda mümkün görünür, Laçın postunun açılması çağırışlarının daha çox Qərbdən gəlməsi də əsas diqqət çəkən məqamlardandır. Lakin nəticəyə təsir edə bilmirlər: Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi mövqeyində israrlıdır.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm