Nida Təhlil
Bu fakt Köçəryan və Sarkisyanın həbsinə rəvac verəcək - ŞƏRH
Vaqif Xaçatryan Azərbaycan xalqına qarşı əli qana batmış hərbi canilərin sırasında ön mövqedə dayanan şəxslərdən biridir. Onun Meşəlidə törədilmiş hərbi cinayətlərdə yaxından iştirakı təkzibedilməz faktlarla, şahid ifadələri ilə öz təsdiqini tapır. Xaçatryanın saxlanılması heç şübhəsiz ki, xalqımızda azərbaycanlılara qarşı soyqırım siyasətini həyata keçirmiş digər cinayətkarların da həbs olunacağına inamı artırıb.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Millət vəkili vurğulayıb ki, kimliyindən asılı olmayaraq, əli Azərbaycan xalqının qanına batmış hər kəs mütləq şəkildə öz cəzasını alacaq:
"Düzdür, erməni vandalları bu gün müəyyən qüvvələr tərəfindən himayə olunurlar. Lakin İlahi ədalət deyilən bir tərəzi var. Yəni Xaçatryanın aqibəti erməni hərbi quldur birləşmələrinə rəhbərlik etmiş Robert Köçəryan və Serj Sarkisyanı da gözləyir. Hansı qoltuğa sığınmaqlarına baxmayaraq, yaxın gələcəkdə onlar da etdikləri insanlıqdan kənar əməllərə görə cavab verməli olacaqlar".
Xatırladaq ki, Meşəli (Xocalı) soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri - Vaqif Xaçatryan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Mehti Kamiloğlu
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər



































