Nida Təhlil
İrəvanda növbəti şou: ermənilər 80-90-cı illərdə hesab edirdilər ki...
Ermənilərin və onların himayədarlarının Vaqif Xaçatryana azadlıq tələbi sadəcə siyasi bir şoudur. Bu şou Ermənistanın daxili auditoriyasına hesablanıb. Düzdür, istər Xaçatryanın, istərsə də digər hərbi canilərin azərbaycanlılara qarşı törətdiyi vandallıq bağışlanılmazdır, lakin ən azından suçlu olduqlarını etiraf edərək, ölkəmizdən əfv diləyə bilərlər. Bunlar isə əksinə olaraq, onun günahsız olduğunu iddia edirlər. Davranışlarından belə çıxır ki, bir milyona yaxın insanı öz dədə-baba torpaqlarından didərgin salmaq, 30 ilə yaxın müddət ərzində Azərbaycanın maddi-mənəvi sərvətlərini dağıtmaq da günah sayılmır.
Bu fikirləri Publika.az-a millət vəkili Aydın Mirzəzadə bildirib.
Millət vəkili qeyd edib ki, Vaqif Xaçatryanın həbsi həm Azərbaycanın daxili qanunlarına, həm də beynəlxalq hüquq normalarına tam uyğundur:

"Azərbaycan ərazisində yerli əhaliyə qarşı vaxtilə qatı cinayətlər törətmiş şəxs qanuni şəkildə saxlanılıb. Baxmayaraq ki, istintaq gedir, bununla belə, artıq mətbuata onun cinayətləri barəsində müəyyən qədər materiallar ötürülüb. Onun azadlığa çıxmağını həyasızcasına tələb etmək, bir növ ağa qara deməkdir".
A.Mirzəzadə vurğulayıb ki, ermənilər 80-90-cı illərdə cinayətlərinin gələcəkdə unudulacağını hesab edirmişlər. Lakin cinayətin müddəti olmur, hər bir cani gez-tez qanun qarşısında cavab verir.
"Həm Köçəryan, həm də Sarkisyan - Azərbaycan xalqı bu iki şəxsin vətəndaşlarımıza qarşı həyata keçirdiyi qətliamları unutmayıb. O kəslər Vətən müharibəsi bitdikdən sonra Qarabağ ərazisinə ayaq basmağa cürət etməyiblər. Çünki həbs olunmaqdan qorxurlar. Amma unutmasınlar ki, onların da mühakimə olunacağı gün uzaqda deyil", - politoloq fikirlərini yekunlaşdırıb.
Mehti Kamiloğlu
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər



































