Qərbin dərin dondurucudan çıxardığı “maraq”: Dəyişəcəyini gözləmək ağılsızlıq olar
Bizi izləyin

Nida Təhlil

Qərbin dərin dondurucudan çıxardığı “maraq”: Dəyişəcəyini gözləmək ağılsızlıq olar

Qərbin dərin dondurucudan çıxardığı “maraq”: Dəyişəcəyini gözləmək ağılsızlıq olar

Bu gün Qərb Ukraynada törədilən hərbi cinayətlərlə bağlı təhqiqat aparır, cinayətlərdə əli olmuş şəxsləri müəyyənləşdirir. Amma ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin araşdırılması tələb edlmir. Belə çıxır ki, gələcəkdə hansısa siyasi maraqlar naminə Ukraynadakı cinayətlər də ört-basdır edilə bilər?

Ehtiyatda olan türkiyəli general Yücel Karauz Publika.az-a açıqlamasında bildirib ki, Qərbin oyunları Xocalı, İraq, Suriya, Əfqanıstan Bosniya və Herseqovinada baş verənlərdə dəfələrlə görülüb.

“Qərb yenə də ikili standartlarla hərəkət edir. Təəssüflər olsun ki, Qərb bu cür hərəkətləri öz maraqları, siyasi məqsədləri üçün istifadə edir. Hüquqi, obyektiv və tək standartlı olmadığı üçün başqa yollara da əl atır. Bu kontekstdə bir-iki ölkə, yəni Çin və Hindistan istisna olmaqla, Rusiyaya qarşı vahid dünya ittifaqı qurublar. Rusiya-Ukrayna müharibəsində insan haqlarına qarşı beynəlxalq cinayət olduğu hamıya bəllidir”.

Politoloq qeyd edib ki, bütün baş verən proseslərdə Qərb günün şərtlərinə uyğun davranır:

“Yeri gələndə dərin dondurucudan özünə lazım olan məsələləri çıxarır. Şərtlər dəyişincə isə bütün baş verənləri unudur. Başqa üsullar yoxlamağa çalışır. Əsrlər boyu Azərbaycan torpaqlarında ermənilərin vətəndaşlarımıza qarşı törətdiyi siyasi və hərbi cinayətlərin heç birinin cəzası ödənilməyib. Bu, bizə tanış olan Qərb üslubudur. Bunun adı isə ikiüzlülükdür. Bu dürüst siyasət metodu deyil. Dəyişəcəyini gözləmək isə ağılsızlıq olar”.

Ehtiyatda olan general vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri 5 ölkə olduqca, heç bir irəliləyiş olmayacaq:

“Çünki BMT-yə 180 ölkənin üzv olmasına baxmayaraq, dünyanı idarə edən güclərin 5-i Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onlar da səslərini bir-birilərinin müharibələrinə, siyasi cinayətlərinə, insanlığa qarşı törətdikləri cinayətlərinə görə istifadə edirlər. Öz ölkələrinin cinayətlərini isə ört-basdır edirlər. Demirlər ki, iş əslində buradan başlayır, yeni dünya nizamını dəyişmək lazımdır. 5 daimi üzv ölkə durduqca, dünyada heç bir irəliləyiş olmayacaq. Azərbaycan torpaqlarında tökülən qanların hesabı soruşulmayana qədər düşüncəmiz və baxışımız dəyişməyəcək”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm