Nida Təhlil
Xocalı, Bosniya soyqırımları hələ də tüstülənir: Bəs Qərbin "intriqa planı" nədir?
“Əvvəla, Qərb sözünü eşidəndə, dayanıb diqqətlə düşünmək lazımdır. Xüsusən də “müharibə” və “sülh” üçün Qərbin məkrli, hiyləgər və vəhşi izini araşdırmaq lazımdır. Çünki ABŞ, Fransa, Almaniya, İspaniya, İtaliya kimi müstəmləkəçi Qərb ölkələrinin tarixinə nəzər saldıqda, dünyanın demək olar ki, bütün böyük müharibələrində onların çirkli əllərinin olduğunu görmək olar”.
Bu sözləri Publika.az-a açıqlamasında türkiyəli jurnalist, analitik Muhammet Kutlu deyib.
O bildirib ki, bütün münaqişələr - Səlib yürüşləri, Birinci və İkinci Dünya müharibəsi, Türkiyənin Qurtuluş Savaşı, Koreya, Vyetnam, Kipr, Çin-Yapon, Yaponiya-Koreya, İraq-İran, Ermənistan-Azərbaycan, Birinci və İkinci Körfəz, Yəmən-Səudiyyə Ərəbistan kimi müharibələr və Yuqoslaviya, Ruanda, Liviya, Suriya, Yəməndəki vətəndaş müharibələrinin arxasında Qərb imperialist ölkələri və onlardan istifadə edən qlobal güclər dayanır:

“Qərb sistemi özlərindən başqa bütün ölkələri istismar etməyi hədəfləyir. Onlar ölkələri zəiflətmək üçün vətəndaş müharibəsi və qonşular arasında müharibə kimi alətlərdən istifadə etməkdə yüksək ixtisaslaşıblar. Sərvətlərini istismar etməyi hədəflədikləri ölkələri vətəndaş müharibələri və başqa dövlətlərlə müharibələr yolu ilə zəiflədir, lazım gəldikdə çevrilişlərlə iqtidara “kukla” rejimləri gətirir və istismar nizamı qururlar.
Avropa və Şimali Amerika, Avstraliya və Yeni Zelandiya kimi ölkələr istisna olmaqla, dünyanın bütün ölkələri onlar üçün plantasiyalar və müstəmləkə əraziləridir. Əgər bu gün belə deyilsə, gələcəkdə bunu etmək üçün nə lazımdırsa, edəcəklər. Qərbin illərdir intriqa toxumunu əkərək başlada bildiyi Rusiya-Ukrayna müharibəsi bunların son nümunəsidir”.

Analitik qeyd edib ki, Qərb dünənə kimi bir yerdə olan Rusiya və Ukraynanı bir-birinə ölümcül düşmən etdi:
“Müharibə uzandıqca, onlar muzdlu dəstələri ortaya çıxararaq, müharibə cinayətlərinin əsasını qoydular. İndi onlar hərbi cinayətləri araşdırmaq adı ilə öz intriqa üsullarından istifadə edirlər. Qərb ölkələri BMT-dən istifadə edərək müxtəlif araşdırmalar təşkil edəcək və Rusiyanı müharibə cinayətləri, qırğınlar kimi ağır ittihamlarla küncə sıxışdıracaqlar.
Bu qol güləşi belə davam edəcək. Bu uzun sürən müharibənin səsi daha çox gələcək. Bunların fonunda unutmamılıyıq ki, Xocalı, Bosniya, Suriyada baş verən dəhşətli soyqırımların alovu hələ də tüstülənir”.
Aysel Şahmar
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı




































.png)