Nida Təhlil
Prezidentin sülh üçün yol xəritəsi: Azərbaycan qütblərarası rəqabət meydanı olmayacaq
Prezident İlham Əliyevin Şuşada “Euronews” televiziyasına müsahibəsi dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformada regionun sülh gündəliyinə, Qarabağın erməni icmasının reinteqrasiyasına və üçüncü tərəflərin regionda situasiyaya mümkün təsirlərinə dair aydın yol xəritəsi oldu. Təbii ki, Azərbaycanın prioritetləri, niyyəti aydındır, biz ilk növbədə regionda yekun sülhün bərqərar olmasını arzulayırıq. Eyni zamanda Prezident İlham Əliyev güclü ordu quruculuğu və dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyata nail olmaqla yeni reallıqları qəbul etmək istəməyən, regionda gərginliyin aradan qalxmasını arzulamayanların təsirlərini faktiki olaraq neytrallaşdırmağa nail olub. Yəni son nəticədə regionda söz sahibinin kim olduğu artıq bəllidir və “Euronews”a müsahibə əslində bölgədə cərəyan edən son proseslər fonunda geniş auditoriyada reallıqlara konseptual baxışın bir daha təsbiti baxımdan mühüm hadisədir.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmova görə, müsahibədə ən vacib məqamlardan biri yekun sülh üzrə platformalararası rəqabətlə bağlı olub:

"Azərbaycan Prezidentinin sərgilədiyi siyasi mövqe Bakının müstəqil siyasət yürütdüyünü, heç bir platformadan asılı olmadığını, sadəcə nəticəyə kökləndiyini göstərdi. Dövlət başçısının ifadə etdiyi kimi, Azərbaycan sülh prosesinin özündə maraqlıdır, bu istiqamətdə bütün sağlam platformalar bizim üçün məqbuldur və Rusiyanın, yaxud Qərbin vasitəçiliyinin rəqabətə çevrilib-çevrilməyəcəyinə fokuslanmamışıq. Prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.
"Müsahibədə həm Rusiya, həm də Qərblə əməkdaşlığın qabarıq aspektlərinə diqqət çəkməklə, Prezident İlham Əliyev əslində balanslaşdırılmış siyasətlə Azərbaycanın qütblərarası rəqabət meydanına çevrilməyəcəyinin mesajını da vermiş oldu", - millət vəkili əlavə edib.
Mehti Kamiloğlu
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı




































.png)