Nida Təhlil
Prezident İlham Əliyevin göstərdiyi səbri qiymətləndirin: Sabiq səfirdən ermənilərə çağırış
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan hökumətinə yenə mesaj çatdırıb. Prezident bildirib ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır.
Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Prezidentin çıxışını Publika.az-a şərh edərkən bildirib ki, artıq sülh sazişinin imzalanma vaxtı nəinki çatıb, hətta keçib də:
“Prezident İlham Əliyevin göstərdiyi səbir hamıya məlumdur. Amma bu səbir təbii ki, bir gün bitəcək. Bundan Ermənistan hakimiyyəti və xalqı zərər görəcək. Ermənistan kürəyini Avropanın kirli əllərinə söykəməsin. Qarabağdakı ermənilər də bilsinlər ki, heç kim gəlib onların uğrunda nə vuruşacaq, nə də döyüşəcək. Qarabağdakı ermənilər artıq ağıllanmalı və bilməlidirlər ki, oyun bitib. Onlar Azərbaycan torpağı olan Qarabağda yaşayırlar. Ona görə də Azərbaycan vətəndaşıdırlar. Bu vətəndaşlığın qədrini bilsinlər. Kasıb bir erməni vətəndaşı kimi yaşamaqdansa, varlı bir azərbaycanlı kimi yaşasınlar. Amma "biz Azərbaycan vətəndaşı olmayacağıq" deyirlərsə, o zaman getsinlər”.
Politoloq bildirib ki, ermənilər yaxşı yaşamaq istəyirlərsə, Prezidentin uzatdığı əli sıxmalıdırlar:
“Bu zaman onları yaxşı gələcək gözləyir. Bu məqamda səfil kimi yaşayan ermənilər onları oyuncaq edənlərə baxsınlar. Qarabağdakı ermənilər kasıb kimi yaşadığı halda onları idarə edənlər çox yaxşı, hətta əla həyat sürürlər. Həll yolu Avropada deyil, bölgədədir. Bilsinlər ki, Avropa bu gün var, sabah yox. Sel gəlib gedər, qumu qalar. Türkiyə isə həmişə sülh sazişini dəstəkləyir.

Hamı birmənalı olaraq bilsin ki, Azərbaycanın istəmədiyi heç bir addımı Türkiyə atmayacaq. Müharibədən 2 il yarım keçib, hələ də heç nə yoxdur. Unutmasınlar ki, artıq Azərbaycanın müharibə təcrübəsi, güclü ordusu, dözümlü xalqı var. Bütün bunların müqabilində Ermənistan üçün geriyə dönüş yoxdur.
Bölgədəki vəziyyət normallaşarsa, bundan birinci xeyri erməni xalqı görəcək. Bu günə kimi bölgədə olan gərginlikdən kimin xeyr, kimin də zərər gördüyü göz qabağındadır. Biz sülh üçün varıq. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Türkiyə və Azərbaycanı bir millət, yeri gəldiyində bir dövlətdir.
Dostluğumuz çox qiymətlidir. Düşmənliyimizi görmək istəyənlər 44 günlük Vətən müharibəsinə baxsınlar. İki qardaş ölkə olaraq yalnız sülhün dəstəkçisiyik”.
Aysel Şahmar
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial25 Aprel 20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial25 Aprel 19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı




































.png)