Nida Təhlil
Əliyev Qarabağda anti-separatizm əməliyyatının anonsunu verdi
09:06
Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə bölgədəki vəziyyəti, xüsusilə Ağdam-Xankəndi yolu və Laçın yolu məsələsini müzakirə edib.
Blinkenin təşəbbüsü ilə reallaşan telefon danışığından aydın olur ki, ABŞ Laçın yolunun açılmasını istəyir, hərçənd, Azərbaycan lideri prinsipial mövqeyi növbəti dəfə Vaşinqtona izah edib və Laçın yolunun açılması şərtini də diqqətə çatdırıb.
Telefon söhbətinin mətnində diqqət çəkən bir neçə məqam var.
Birincisi, Laçın yolu hansı halda açıla bilər və necə işləyəcək?
Prezident İlham Əliyev Blinkenə izah edib ki, yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolu açıla bilər, o da yalnız Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə. Yəni Laçın yolundan daşınacaq hər yükə görə Azərbaycana gömrük rüsumu ödəniləcək. Bununla rəsmi Bakı Ağdam-Xankəndi yolunun alternativi olmadığını bəyan edib və Laçın yolunun açılması şərtini, açılacağı təqdirdə hansı rejimlə işləyəcəyini diqqətə çatdırıb.
İkincisi, separatçılara qarşı mümkün addımların anonsu verildi;
Əliyev Blinkenə bölgədə yaranmış vəziyyətin əsas günahkarının Ermənistan və onun dəstəklədiyi qondarma separatçı rejim olduğunu izah etdi. Qarabağda “humanitar fəlakət” şousunu təşkil edənlər, erməni əhalisinin reinteqrasiyasının qarşısını alanlar və Ağdam-Xankəndi yolunu bloklayanlar separatçılardır. Və bəyan etdi ki, “dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır”.
Separatçı rejimin əməllərini bir neçə dəfə xüsusilə qeyd edən Əliyevin mesajı açıq idi: Azərbaycan suveren ərazisində separatizmə dözmək fikrində deyil!
Bu, Bakının separatçılara qarşı ata biləcəyi mümkün addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi də qəbul edilə bilər.
Asif Nərimanlı
-
Dünya22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə22:18Azərbaycanda zəlzələ oldu
-
İdman22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək


























.jpg)
.jpg)






