Nida Təhlil
İrəvan Moskva masasından imtina edir: Əliyevlə Paşinyan harada görüşə bilər?
Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtina edib. Ermənistan xarici işlər naziri Araat Mirzoyan da Rusiyanın XİN rəhbərlərinin sammit çərçivəsində planlaşdırılan üçtərəfli görüşünə qatılmayacaq.
Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçır. Bunun nə qədər mümkün olacağını proseslərin inkişafı göstərəcək, lakin mövcud situasiyada Bakı və İrəvanın danışıqlarında platformaların seçimi ilə bağlı problemin yarandığı görünür.
Azərbayan, Fransanın rəhbərliyi ələ almaq istədiyi Qərb masasına getmək istəmir: bu masada kommunikasiyanın açılması və sərhədin delimitasiyasına yanaşma Bakının gündəliyinə uyğun deyil; Şarl Mişelin Brüssel formatına qayıtmaq təklifi qəbul edilsə belə, prinsipial məsələlərdə razılaşmanın əldə edilcəyi gözləntisi azdır;
Ermənistanın Rusya masasına əyləşməsi kommunikasiya və sərhədin delimitasiyası məsələsində iddialarından əl çəkməsi ilə nəticələnə bilər, eyni zamanda, bu, İrəvan üzərindən bölgəyə daxil olan Qərbin dəstəyindən də məhrum olmaq riski yaradır.
Bu situasiyanın mənfi tərəfi sülh sazişinin arxa plana keçməsi, esakalasiya riskinin artmasıdır, hərçənd, müsbət tərəfi də diqqətdən yayınmır: tərəflərin bir araya gəlməsində Qərb və Rusiya masası problemlidirsə, o zaman üçüncü variat ön plana çıxacaq;
Gürcüstan Bakı və İrəvanın danışıqları üçün yeni platformaya çevrilə bilər. Əliyevin Tbilisi səfəri və Gürcüstanda görüş təklifini irəli sürməsi də buna hesablanmışdı. Üçüncü tərəflərin – Qərb və Rusiyanın prosesdə iştirak etməməsi Tbilisi platformasında Bakı və İrəvanın anlaşa bilməsi imkanlarını da artırır.
Asif Nərimanlı
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır

















.jpg)





















