Nida Təhlil
Moskva sülhməramlıları niyə indi çıxarmaq istəmir? - ÜÇ SƏBƏB
Putin Rusiya sülhməramlılarının rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalı olduğunu açıqlayıb. Onun “rəsmi olaraq” qeyd etdiyi istinad nöqtəsi 10 noyabr razılaşmasıdır. Hərçənd, antiterror tədbirlərindən sonra 10 noyabr razılaşmasının 4-cü bəndi qüvvədən düşüb:
- Azərbaycan özü erməni silahlı qüvvələrini tərki-silah edir və ərazisindən çıxarır;
- Sülhməramlıların qalma müddəti ilə bağlı qərar verəcək tərəflərdən biri – Ermənistan prosesdən kənarlaşdırılıb;
Azərbaycan sülhməramlıların qalma müddətinin uzadılmasını istəmir, Putinin “2025-ci il” sözlərindən sonra “əlbəttə, bu məsələni tərəfdaşlarımızla dialoq yolu ilə həll etməliyik” qeydi o deməkdir ki, Bakı rus kontingentinin fəaliyyətinin vaxtından əvvəl başa çatmasını, Moskva isə daha iki il qalmasını istəyir. Bu həm də o deməkdir ki, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması (2025-ci ildən sonra) artıq gündəmdə deyil, bölgədə bunun üçün praktiki əsaslar da qalmayıb.
Rusiyanın ehtiyac qalmasa da, sülhməramlılarını 2025-ci ilə qədər saxlamaqda məqsədi var:
Birincisi, Bakı və İrəvan arasında vasitəçilik planını davam etdirən Moskvanın əsas istinad nöqtəsi tərəflərin imzaladığı yeganə sənəd olan 10 noyabr razılaşmasıdır: sülhməramlıların vaxtından əvvəl çıxması ümumilikdə bəyanatın legitimliyini sual altında salır;
İkincisi, 10 noyabr bəyanatının legitimliyinin sual altına düşməsi İrəvana kommunikasiyanın açılması öhdəliyindən imtina etmək imkanı yarada bilər və bu, Zəngəzur dəhlizi məsələsi fonunda təkcə ruslara deyil, Bakıya da sərfəli deyil;
Üçüncüsü, Moskva sülhməramlılarını Qarabağdan çıxarıb evə qaytarmağı yox, “sülhə töhfə” adı altında Cənubi Qafqazda saxlamaq niyyətindədir: rus kontingentinin hara köçürüləcəyi hələ də sual altında olsa da, Lavrov bu planlarını açıq şəkildə bəyan etdi: istisna deyil ki, Moskva kontingentinin açılacaq kommunikasiyaların “təhlükəsizliyinin təmin edilməsində” istifadə etmək istəyir və bu məsələlər həll edilənə qədər daha iki il Qarabağda qalmaq niyyətindədir;
Azərbaycanın bununla razılaşması ehtimalı var, xüsusilə iki amil fonunda.
- Ermənistan və Fransa başda olmaqla Qərb cəbhəsi Qarabağa “beynəlxalq missiya”nın daxil olmasını gündəmə gətirir: sülhməramlıların indi çıxarılması Qərb oyunçularının “boşluğu doldurmaq” istəklərinin önünü aça bilər və mümkündür ki, Bakı rus sülhməramlılarını bu planlara qarşı istifadə edəcək;
- Bakı Zəngəzur dəhlizi planları fonunda 10 noyabr razılaşmasının legitimliyinin sual altına düşməsini istəmir;
Lakin sülhməramlılar daha iki il qalacaqsa, onların fəaliyyətinin maksimum formallaşdırılması, heç bir “nəzarət zonası”nın qalmaması lazımdır.
Asif Nərimanlı
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
















.jpg)























