Nida Təhlil
Paris İrəvana raket göndərir: sərhəddə hücum planı bu gün rəsmiləşəcək
Bu gün Paris və İrəvan hərbi müstəvidə saziş imzalayacaq: müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək;
Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib ki, “Ermənistan öz mülki əhalisini qorumaq və sərhədlərini mühafizə etmək imkanına malik olmalıdır. Bu məqsədlə biz Ermənistana hava məkanının müdafiəsini təmin etməyə imkan verəcək saziş imzalayacağıq və Ermənistanın Fransa istehsalçılarından silah almasını rəsmiləşdirəcəyik”.
Cənubi Qafqazda maraqlarını İrəvan üzərindən diktə etməyə çalışan Fransanın ilkin hədəfi Rusiyanı Ermənistandan sıxışdırmaqdır. Bu məqsədlə Rusiyanın Ermənistanın “təhlükəsizliyinin təmin edilməsi”ndəki rolunu almaq istəyir. Paşinyanın Strarburqda son çıxışı da o deməkdir ki, Ermənistan “təhlükəsizlik müttəfiqlərini” dəyişmək niyyətindədir. Lakin bu necə baş verəcək, Ermənistan Rusiyadan və KTMT-dən necə imtina edəcək?
2021-ci ildən indiyə qədər rəsmi İrəvan bunun üçün “bəhanə” toplamaqla məşğuldur, hərçənd, yeni və daha ciddi hadisə baş verməlidir ki, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq – Rusiyadan imtina etmək üçün həm Moskvanı “fakt qarşısında” qoymalı, həm də daxili ictimai rəydə addımını əsaslandırmalı, ictimai dəstək əldə etməlidir.
Bu, yalnız Ermənistan və Azərbaycan sərhədində növbəti və qanlı eskalasiya ilə mümkün ola bilər. Və belə ssenaridə İrəvan Rusiya və KTMT-yə qarşı ittihamlarını yeniləyə, son addımı atmaq imkanı qazanacaq. Bu baxımdan, Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir.
Qarabağda erməni separatizminin ləğvindən sonra Qərbdə “Azərbaycanın Ermənistana hücum hazırlığı” haqda aparılan siyasi-informasiya kampaniyası da bu kontekstdə təsadüfi deyil. Mümkündür ki, Cənubi Qafqazda yeni cəbhə açmaq planı qüvvədədir və eskalasiya ssenarisindən öncə beynəlxalq ictimai rəyi formalaşdırırlar.
Asif Nərimanlı
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
-
İdman06:46Yamalın qeyri-adi aksesuarları: Çantasının üzərində görün nələr var - FOTO








































