Nida Təhlil
İrlandiyalı politoloq İrəvana raket verən Parisin gerçək hədəfini açıqladı - Eksklüziv
"Hesab edirəm ki, münaqişə milli mərhələdən geosiyasi mərhələyə keçir. Qarabağla bağlı milli münaqişə artıq həll edilməli olan ikinci dərəcəli məsələlərlə faktiki olaraq başa çatıb. Lakin Ermənistanın Qərbə üz tutması digər güclər üçün də imkanlar açıb".
Bunu Publika.az-a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş (Patrick Walsh) deyib. Onun sözlərinə görə, Avropada özünü Ermənistanın ənənəvi dostu hesab edən Fransa bu fürsətdən istifadə etmək niyyətindədir:
"Bu, mahiyyət etibarı ilə anti-Bakı hərəkəti deyil, çünki Qərb Dağlıq Qarabağ adlanan ərazinin sökülməsinə sevinir, çünki bunu Rusiyanın konstruksiyası kimi görürdü. Fransanın qambiti anti-Rusiyadır ki, Moskvanı Ermənistanın əsas sponsoru və müttəfiqi kimi əvəzləsin. O, Ermənistanın ekspansiya siyasətinin yaratdığı və fəlakətə səbəb olan qeyri-müəyyən mövqeyindən istifadə etməklə nüfuz qazana bilər. Rusiyanın cavabı dünyada açılan daha geniş geosiyasi münaqişəyə əsaslanacaq. Qərbin İsrailin fələstinlilərə qarşı cəza əməliyyatına açıq dəstək verməsindən sonra mütləq böyük əks-sədalar olacaq. Çox gözlənilməz dövrlərdə yaşayırıq",- ekspert bildirib.

Nəzrin
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)

















.jpg)
.jpg)