Nida Təhlil
Azərbaycana gələn F-16-ların hədəfi: Bakı və Ankaranın planı nədir?
Bu gün Azərbaycan və Türkiyə ordusu F-16-ların da iştirakı ilə Qarabağda, Naxçıvanda və digər istiqamətlərdə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimlər keçirir. İki ölkənin mütəmadi birgə təlim proqramı fonunda bu o qədər də gözlənilməz deyil, hərçənd, Qarabağda erməni separatizminin ləğvindən sonra hərbi müstəvidə bu qədər genişmiqyaslı “əzələ nümayişi” səbəbsiz deyil.
Ermənistanda bu təlimlər Bakı və Ankaranın Zəngəzur dəhlizinin açılması ssenarisinin məşqi kimi təqdim edilir. Ki, dəhlizin hərbi müstəvidə açılması ssenarisi mövcud şərtlərdə aktual deyil və rəsmi Bakı müxtəlif səviyyələrdə bu iddiaları təkzib edib. Hərçənd, bölgədə proseslərin inkişafı fonunda F-16-larla əzələ nümayişinin siyasi mesajları da var:
- Ermənistanı silahlandıran Fransanın rəhbərliyi altında Azərbaycana qarşı cəbhə qurulur;
- Qarabağda erməni separatizmi ləğv edilsə də, sülhməramlıları hələ də qalan Rusiya faktoru tam aradan qalxmayıb;
- Ermənistan sərhədlərini “qırmızı xətti” elan edən İranın mövqeyində yumşalma müşahidə edilsə də, Azərbaycana qarşı təhdid riski hələ də mövcuddur;
Təlimlərin zamanı da müəyyən ehtimallar irəli sürməyə imkan verir. Bakı Qranada görüşündən imtina etdikdən sonra növbəti görüşün oktyabrın 25-də Brüsseldə keçiriləcəyi haqda məlumatlar var. Avropa İttifaqının Fransanın anti-Azərbaycan cəbhəsinə yaxınlaşdığı fonunda Brüssel görüşündə də Qranadada Bakının iştirakı olmadan qəbul edilən məlum bəyanatın masaya qoyulacağı gözləntisi var.
Bu bəyanatda kommunikasiyanın açılması, sərhədin delimitasiyası və “Qarabağ ermənilərinin hüquqları” kimi Bakının gündəliyinə uyğun olmayan məsələlər yer alır. Əliyevin bunu qəbul etməyəcəyi bəllidir və genişmiqyaslı təlimlərin keçirilməsi ilə Brüsselə əli güclü formada getdiyini deyə bilərik. Və mümkündür ki, Əliyev bölgədə Azərbaycana və mövcud reallıqlara qarşı atılacaq addımların nə ilə üzləşəcəyini Brüssel görüşündə izah edəcək.
Bütün bunların fonunda Cənubi Qafqazda nüfuz bölgüsünün açıq müstəviyə keçdiyi vaxt, Bakı və Ankara yenidən birlik mesajı da verir.
Asif Nərimanlı
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO







































