Nida Təhlil
Fransa bu məqsədlə Ermənistana soxulur: Bakı və Ankara izləyir - Rusiyanın cavabı nə olacaq?
Bu gün Burkina-Faso, Mali, Qabon və digər dövlətlərdə müstəmləkəçilik əleyhinə böyük bir dalğa başlayıb. Həmin ölkələrdə açıq-aşkar şəkildə azadlıq mübarizəsi gedir. Yəni Fransaya qarşı mənfi münasibət özünü qabarıq formada büruzə verməkdədir. Belə olduğu təqdirdə onun (Fransanı nəzərdə tutur - red.) Afrika regionunda itirdiklərinin acısını unutmaq üçün yalnız bir yolu qalır: Cənubi Qafqazda mövqe qazanmaq.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov bildirib.

İ.Hüseynov hesab edir ki, ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsindən sonra yeni yaranan geosiyasi konfiqurasiyada artıq Fransaya yer yoxdur:
"Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu formatı iflasa uğrayıb. Odur ki, Fransanın məhz Ermənistanın maraqları ilə Cənubi Qafqazda öz mövqeyini bərkitmək istiqamətində həmlələri müşahidə olunur. Paris, eyni zamanda, Rusiyaya qarşı qlobal müstəvidə müharibə aparıldığını nəzərə alaraq, bölgədə onun nüfuzuna zərbə vurmaq məqsədini qarşıya qoyub. Fransanın hazırkı iqtidarı bu məqsədinə çatmaq üçün əlindəki bütün rıçaqlardan istifadə edir. Makron ermənilərin istəklərini yerinə yetirməyə çalışır.
Artıq hərbi seqmentin işə düşməsi isə növbəti bir radikal davranış nümunəsidir. NATO portfelinə daxil olan Fransa Ermənistana yardım etməklə hərbi sahədə balansı pozmuş olur. Əminliklə söyləmək olar ki, Fransa və Ermənistan arasındakı saziş regionda revanşizm dalğasının daha da güclənməsinə xidmət edəcək, təhlükəsizlik üçün böyük təhdidlər formalaşdıracaq. Bakı və Ankara bu addımları diqqətlə izləməlidir".
"Ermənistan bu gün Ukraynanın getdiyi yolla addımlamaq, Rusiyaya meydan oxumaq niyyətindədir. Nikol Paşinyan bölgəyə Avropa İttifaqı və NATO-nu gətirməyə çalışır. Lakin onun öz ölkəsini geopolitik savaş məkanına çevirmək istəyi əsla yaxşı nəticələnməyəcək", - ekspert yekun olaraq qeyd edib.
Mehti Kamiloğlu
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu



















.jpg)




















