Nida Təhlil
Fransanın Azərbaycan və Türkiyəyə qarşı sabotajı: Ermənistana bu silahlar verilməyəcək
Ermənistan nəinki Fransa, hansısa digər bir ölkə ilə də 100 milyonlarla avroluq alqı-satqı prosesini gerçəkləşdirmək gücündə deyil. Çünki konkret olaraq, onun dövlət büdcəsinə daxilolmaların məbləği kifayət qədər aşağıdır. Bundan əlavə, hazırda Ermənistanı tərk edən xarici investorların sayında artım müşahidə olunmaqdadır. Eyni zamanda, sorosçular bu gün hazırkı Ermənistan hakimiyyəti ilə həmrəy olduqlarını göstərməyə çalışsalar da, real maddi yardımlar mövzusunda o qədər də səxavətli davranmırlar.
Bu fikirləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.

T.İsmayılov oktyabrın 23-də Fransa ilə Ermənistan arasında imzalanmış hərbi sazişin sadəcə formal xarakter daşıyacağını bildirib:
"İlk növbədə, bu müqavilədə Fransanın Ermənistana özünün istismarında olan bahalı müdafiə və hərbi sənaye məhsullarını satacağı ilə bağlı heç bir detal yoxdur. Odur ki, NATO standartlarına cavab verən hansısa yüksək keyfiyyətli silahların Ermənistana veriləcəyi inandırıcı deyil. Bundan əlavə, müqavilənin şərtlərində müəyyən hərbi təlimlərdən və həmin təlimlər qarşılığında Fransaya ödəniləcək məbləğdən söhbət gedir ki, bunun da bir müddətdən sonra ödənişsiz və müttəfiqlik şəraitinə uyğun reallaşacağı istisna olunmur".
"Hazırkı məqamda həm bölgədəki təxribatları dərinləşdirmək, həm Rusiyanın Ermənistana silah tədarükünün qarşısını almaq, həmçinin Azərbaycanla Ermənistan və Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanı sabotaj etmək üçün Fransa belə bir müqaviləyə qol çəkir. Yəni bu müqavilə sadəcə "üzdən" olacaq və tarixə işlək bir mexanizm kimi qovuşmayacaq", - ekspert əlavə edib.
Mehti Kamiloğlu
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO














.jpg)

















.jpg)
.jpg)