Nida Təhlil
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı yeni təklif - İrəvanın planı nədir?
Nikol Paşinyan Tbilisidə keçirilən “İpək yolu” forumunda çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni yanaşmasını təqdim edib:
- Qarşılıqlı prinsiplər əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsi mümkündür;
- İrəvan sərnişin və yüklərin daşınmasında təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi bölmə yaradacaq: bu bölmə patrul polisi ilə birlikdə fəaliyyət göstərəcək;
Erməni baş nazir bu təklifini “Sülhün kəsişməsi” layihəsi adlandırır və layihənin region ölkələrinə təqdim olunacağını deyir. Əslində bu təklif İrəvan üçün “çıxış yolu”dur, çünki kommunikasiyanın hansı prinsiplə açılması sülh prosesində əsas komponentə çevrilib.
- Qərb cəbhəsi Ermənistanın öz ərazisindən keçən yollara nəzarət edəcəyi “yol” prinsipindən –çıxış edir: bu, Azərbaycanın, eləcə də Türkiyə və Rusiyanın istədiyi “dəhliz” məntiqinə qarşıdır;
- Rusiya cəbhəsi 10 noyabr bəyanatının sonuncu bəndində əks olunan “maneəsiz keçid” – dəhliz prinsipindən çıxış edir: Ermənistan və onu dəstəkləyən Qərb ölkələri bunu qəbul etmir;
Kommunikasiya məsələsində “ortaq nöqtə” tapılmadığı müddətdə sülh sazişini imzalamaq mümkün olmayacaq, əksinə bu, regionda eskalasiya riskini artırır. Rusiya “ortaq nöqtə” tapmaq, həm də Qərb ölkələrinin regiona girişinin qarşısını almaq üçün “sadələşdirilmiş rejim” variantını gündəmə gətirmişdi, hərçənd, ruslar yenə də yola nəzarətdə iştirak payı istəyirdi. İrəvan bunu istəmir. Və “sadələşdirilmiş rejim” və “təhlükəsizlik bölməsi” təklifi ilə Rusiyanın “ortaq nöqtə planına” qarşı həmlə edir: kommunikasiyaların Ermənistan ərazisindən keçən hissəsində patrul xidmətini də ruslara vermək niyyətində deyi;
Ermənistan anlayır ki, Zəngəzur dəhlizindən tamamilə imtina etmək onun üçün ciddi itkilər vəd edir. Ankara və Bakının dəhlizin İran marşrutu ilə aparılmasını gündəmə gətirməsi də İrəvan üçün siqnal oldu. Və mövqeyində müəyyən korrektlər etməklə “ortaq nöqtə” tapmağa çalışır.
Asif Nərimanlı
-
ABŞ09:32ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
-
Avropa09:00Hörmüz boğazında əməliyyat keçirilə bilər - Almaniya gəmilər göndərir
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş

















.jpg)



















