Nida Təhlil
Səlibçilik təfəkkürü: Həqiqəti görə bilməyən Melani binoklla nəyi görəcək?
"Azərbaycanın 30 il dünyanın tanımadığı haqqını öz gücü ilə bərpa etməsi ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Fransa və onun təsir dairəsində olan bir sıra ölkələrin açıq separatçı addımlarından sonra indi də Kanada Xarici İşlər Nazirinin növbəti cəfəng bəyanatla çıxış etməsi qərəz və səlibçilik təfəkkürünün göstəricisidir".
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe təbii olaraq qəbuledilən deyil:
"Əlbəttə, bu ilk deyil, Melani bundan əvvəl də Azərbaycana qarşı çağırışları ilə siyasi alət olduğunu nümayiş etdirmişdi. Erməni diasporunun əlaltısına çevrilmiş Melani Colinin özü və nazir olduğu ölkəsi müstəqil qərar qəbul etmək gücündə deyil. Beynəlxalq imici gülünc və bərbad olan Kanadanın ABŞ tərəfindən idarə olunan marionet ölkə olduğunu bütün dünya bilir. Ədalət, insan hüquqlarından danışan Melani Coli yaxşı olar ki, Kanadanın keçmişinə baxsın.
Kanadadan fərqli olaraq Azərbaycan yerli aborigen xalqların soyqırımı nəticəsində özünə dövlət qurmayıb. Kanadanın gerçək siması məlumdur. Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi faktları bütün dünyaya məlumdur. Ona görə də bütün bu vəhşiliklərin fonunda ölkəmizi etnik dözümsüzlükdə ittiham etməsi, sözün əsl mənasında mənəviyyatsızlıqdır".

Politoloq qeyd edib ki, M.Colinin XİN başçısı kimi səriştəsizliyi - Ermənistanla Azərbaycan sərhədinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir:
"Onun ölkəmizi sanksiyalarla hədələməsi isə isterikanın göstəricisidir. 3 il öncə Zəfər savaşı zamanı Kanadanın “Bayraqdar“ məsələsində qardaş Türkiyəyə embarqo məsələsini gündəmə gətirməsi bu ölkənin Qafqazda baş verən hadisələrə beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipləri əsasında deyil, erməni lobbisinin maraqlarına uyğun davranışının təsdiqidir.
Bu ölkənin Avropa İttifaqının Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirməsini göstərir. Bu gün Azərbaycanı sanksiyalarla hədələyən Kanada unudur ki, Azərbaycanla Kanada arasında olan ticarət dövriyyəsi o qədər aşağıdır ki, bu sanksiyaların bizim iqtisadiyyatımıza təsiri sıfıra bərabər olacaq. Odur ki, Kanada xarici işlər naziri əssassız ittihamlar səsləndirməkdən və Azərbaycanı hədələməkdənsə, son 3 ildə baş verənləri bir daha nəzərdən keçirməlidir. Əgər o, baş verən hadisələrə nəzər salsa, ona aydın olar ki, Azərbaycanla heç kim hədə-qorxu dilində danışa bilməz".
Nəzrin
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
-
İdman06:46Yamalın qeyri-adi aksesuarları: Çantasının üzərində görün nələr var - FOTO
-
Magazin106:16Nura Suri çimərlik geyimində - FOTO
-
İdman01:51DÇ-2026: Fransa Mərakeşi məğlub edərək ilk yarımfinalçı oldu - YENİLƏNDİ






































