Nida Təhlil
İsrailin hücumlarının arxasındakı SİRR: "Davud dəhlizi" yaradılır, bu ölkə parçalanacaq
HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyat İsrailin bölgədəki təhlükəsizlik planlarını yenidən gündəmə daşıyıb. İsrailin Suriyaya həm havadan, həm də qurudan hücumu yeni dəhliz iddiasını ağıllara gətirib.
Publika.az xəbər verir ki, Suriyanın şimalında terror təşkilatı PYD/YPG-yə qeyri-məhdud dəstək verilib və Amerika bölgədə mövqe tutub. Səhnəyə qoyulan tamaşanın qondarma bəhanəsi isə “İŞİD-lə mübarizə”dir... Halbuki pərdə arxasında İsrailin təhlükəsizliyi dayanır.
Mövzunu dəyərləndirən təqaüdçü briqada generalı, professor doktor Fahri Erenel, "Əslində biz həmişə Amerikadan danışırıq. PKK və YPG-yə İsrailin ciddi kəşfiyyat məlumatları verməsi və yaralılarını müalicə etməsini heç vaxt gözdən qaçırmamalıyıq. Yəni Yaxın Şərqdə Amerika varsa, İsrailsiz Amerika, Amerikasız İsrail yoxdur. Bu, göz önündə də ola bilər, görünməyən şəkildə də",- deyə açıqlayıb.
Uzun illərdən bəri davam edən bu hazırlığın “Davud dəhlizi” üçün edildiyi iddia edilir. Əgər həyata keçirilsə, Suriya həm şimaldan, həm də cənubdan parçalanacaq.
İsrail 8 ildir Suriyaya havadan və qurudan davamlı hücumlar edir. Colanddan başlayan dəhlizin Süveyda, Tənəf və Homsdan keçərək Deyr əz-Zövrə çatması nəzərdə tutulur. Beləliklə, terror təşkilatı YPG-nin nəzarətində olan bölgə birbaşa Təl-Əvivə bağlanacaq.
"Türkiyənin Suriya siyasəti isə çox açıqdır. Bu çərçivədə terrorla mübarizə sərhəddən kənarda da davam edir. Biz cənub sərhədimizdə terror dəhlizinin yaradılmasına və ya İraqın şimalında yeni terror yuvalarının yaradılmasına imkan verməyəcəyik.
Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi əməliyyatlar məqsədinə nail olub. Terror təşkilatının Aralıq dənizinə çatma ehtimalı aradan qaldırılıb", - general əlavə edib.
Nəzrin Cavadzadə
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
-
İdman06:46Yamalın qeyri-adi aksesuarları: Çantasının üzərində görün nələr var - FOTO
-
Magazin106:16Nura Suri çimərlik geyimində - FOTO
-
İdman01:51DÇ-2026: Fransa Mərakeşi məğlub edərək ilk yarımfinalçı oldu - YENİLƏNDİ






































