Nida Təhlil
Tehranda Azərbaycan və Türkiyəyə qarşı ETİRAZ: İranı nə narahat edir?
Türkiyənin Tehran səfirliyinin önündə aksiya keçirilib: Azərbaycan və Türkiyə də daxil olmaqla bir sıra ölkələri (Qazaxıstan, İordaniya, Misir, Nigeriya) “İsrailin Qəzzadakı qətliamına dəstək verməkdə” ittiham edirlər;
İranda belə aksiyaların, xüsusilə İsraillə bağlı olanların rejimin özü tərəfindən təşkil edildiyi bəllidir. Halbuki, nə Bakı, nə də Ankara Qəzzadakı qətliama dəstək verəcək heç bir addım atmayıb. Türkiyə isə İslam dünyasında Qəzzaya görə fəallıq göstərən əsas ölkədir. Bu, İranı narahat edir və belə aksiyalarla ictimai rəyi manipulyasiya etməyə çalışır.
- Bakıya qarşı “İsraillə yaxınlıq” ittihamını rəsmi ritorikada zəiflətsələr də, ictimai rəy üzərindən davam etdirirlər;
- Ankaranın fələstinlilərə dəstəyi haqda mənfi fikir formalaşdırırlar;
- Bununla “Fələstin məsələsini” monopoliyada saxlamağa çalışırlar;
Və hər cümə “İsraili məhv edəcəklərini” bəyan etsə də, Qəzzanın bombalanması qarşısında ritorik mövqe sərgiləməkdən başqa heç bir addım atmayıb. Çünki İran Fələstin məsələsini İslam dünyasında mövqelərini gücləndirmək üçün istifadə etdiyi alət olaraq görür. Qəzzanı bombalayan İsrail olsa da, İranda müsəlman ölkələrinə qarşı etirazın keçirilməsi bunu bir daha isbat etdi. İsrailin 10 mindən çox insanın öldüyü Qəzzaya hücumuna əsası da İranın dəstəklədiyi HƏMAS yaratdı.
Asif Nərimanlı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”







































