Nida Təhlil
Fransanın Cənubi Qafqaz planı: Ermənistan vasitəsilə Rusiya və Türkiyəyə qurulan tələ
"Fransa dövləti Cənubi Qafqazda hazırkı geosiyasi konfiqurasiyadan narahatdır və hər vəchlə çalışır ki, Rusiyanı və Türkiyəni bölgədən sıxışdırıb çıxartsın".
Bunu Publika.az-a açıqlmasında politoloq İlyas Hüseynov deyib. O bildirir ki, bunun üçün Fransa əlində olan bütün imkanlardan istifadə edir:
"Əvvəlki dövrlərdə əgər diplomatik müstəvidə, parlament səviyyəsində Ermənistana dəstək nümayiş olunurdusa, hazırda hərbi sahədə də dəstək müşahidə edirik. Hazırkı reallıqlarda daha çox zirehli texnikaların, konkret desək, "Bastion" zirehli maşınlarının Gürcüstan vasitəsilə Ermənistana Fransa tərəfindən göndərilməsi regional sabitlik üçün mühüm təhdidlər formalaşdırır. Azərbaycan tərəfi bütün bu prosesləri diqqətlə izləməli, nəzərdən keçirməlidir. Çünki Fransa həm revanşizm əhval-ruhiyyəsinin güclənməsinə xidmət edən addımlar atır, həm də burada öz şəxsi məqsədlərini güdür.

Ekspert hesab edir ki, hərbi sahədə dəstək birbaşa olaraq təhlükəsizliyə təhdiddir, gərginliyin artırılmasına xidmət edir:
"Bu gərginlikdən Fransa tərəfi siyasi məqsədlər güdür və beləliklə də regional sabitliyi pozur. Nəticədə biz görürük ki, Ermənistanda revanşizm əhval ruhiyyəsi güclənir və get-gedə sülh prosesi pozulur, sülh müqaviləsinin imzalanması ehtimalları azalır və dayanıqlı sülhə nail olmaq mümkün olmur. Fransa məhz bu sarıdan regional sabitliyi pozmaqda maraqlıdır və eyni zamanda Makron administrasiyası silah göndərməklə daxildə ermənilərin rəğbətini qazanmaq niyyəti də güdür. Gürcüstanın da bu proseslərdə iştirakçı olması və logistik dəstək göstərməsi qeyri-dost addımı kimi qiymətləndirilməlidir".
Nəzrin Cavadzadə
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO













.jpg)



















.jpg)
.jpg)