Nida Təhlil
Fransaya xəbərdarlıq: Cənubi Qafqaz Afrika deyil, hər hansı bir hərəkətə cəhd etsəniz...
Xəbər verdiyimiz kimi, Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana aparılır. Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir. Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma görünür, rəsmi Tbilisi buna icazə verib.
Məsələ ilə bağlı Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Publika.az-a açıqlama verib.
O bildirib ki, Fransa qanlı əllərini Cənubi Qafqazdan çəkməlidir:
“Afrikadan qovulan Fransa indi də əllərini Cənubi Qafqaza uzatmağa çalışır. 28 il həmsədr olan Fransa bu müddət ərzində cinayət törətdiyini bir daha etiraf etdi. Bununla yanaşı Fransa 28 il Azərbaycanı gecikdirib və işğal altında olan torpaqları azad etmək üçün heç bir iş görməyib. Biz bunu artıq 44 günlük Vətən müharibəsi zamanı aydın şəkildə görmüşük. Azərbaycanın güclü ordusu və müasir silahlarının yanında Fransanın döyüş texnikası çox cılız görünür. İllərlə Ermənistanı yedizdirən Rusiya onlar üçün hər cür imkanlar yaratdı. Bəs Ermənistan nə edir? Fransa və Qərbi bura çevriliş etməyə dəvət edir. Amerikalılar da tədqiqat aparırlar”.

Sabiq səfir əlavə edib ki, Ermənistanın son dönəmlər etdiyi hərəkət Rusiyaya xəyanəti kimi qiymətləndirilir:
“Ərazidə Rusiyanın hərbi bazası var. Rusiya da yəqin ki, bu haqda düşünür. İllərdir ki, Gürcüstan öz ərazisindən Ermənistana döyüş silahlarının keçirilməsinə icazə verməyib. Amma görürük ki, Aİ-yə üzv olmaq üçün bu dəfə səhv edib, icazə verib. Gürcüstanın nə vaxt Aİ-yə üzv olacağı dəqiq deyil. Buna baxmayaraq müttəfiq saydığı iki qonşu ölkəyə, Azərbaycan və Türkiyəyə xəyanət etdi. Ümid edirəm ki, Gürcüstan bundan dərs alar və bir daha bunu etməz. Türkiyə və Azərbaycanın qardaşlığı əbədidir. Gürcüstan da bunu nəzərə almalıdır. Belə günlərdə dost və düşməni anlamaq olur. Ona görə də Azərbaycana qarşı istənilən hücum Türkiyəyə də qarşı sayılacaq. Eynilə Türkiyəyə edilən hücum Azərbaycana qarşı hücum kimi qiymətləndiriləcək. Və nə lazımdırsa ediləcək”.

Hulusi Kılıç Fransa hökumətinə çağırış edib:
“Siz hər yerdə sülhü təhdid etdiniz. Sülh istəməyən millətsiniz. İllərlə Afrikada insanları yoxsul buraxdınız, onları taladınız. Cənubi Qafqaz Afrika deyil. Hər hansı bir hərəkətə cəhd etsəniz, anında cavabını alacaqsınız. Türkiyə və Azərbaycan qardaşlığı çox güclüdür. Sözümüz və gücümüz də birdir”.
Aysel Şahmar
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı















.jpg)





















