Nida Təhlil
Aİ işləri korlayır - Borrelin "sayıqlama"sına SƏRT CAVAB
"Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq".
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin (Josep Borrell) noyabrın 13-də Brüsseldə Xarici İşlər Şurasının iclasında səsləndirdiyi bu fikirlər Azərbaycanda qınanılıb və ikili standart kimi qəbul edilib.
Mövzu ilə əlaqədar Publika.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Aİ-nin bu addımı açıq-aşkar xristian missionerliyi və ikili standartların təzahürüdür:
"Avropa İttifaqı indiyə qədər sülh yaratma prosesində müəyyən qədər obyektivlik nümayiş etdirdi. İndi isə birtərəfli mövqe tutur və birmənalı şəkildə Ermənistanı müdafiə edir. Azərbaycanı isə yeri gəldi ya gəlmədi, tənqid edir. Bu heç bir beynəlxlaq normaya sığışmır və sülh yaratma məsələsində vasitəçilik missiyasını öz üzərinə götürmüş Aİ-nin imicinə ciddi xələl gətirir. Çünki biz onlardan nəzarət gözləyirik. Biz onlardan gözləyirik ki, bölgədə sülh məsələsini qaydaya salsınlar, nizamlasınlar. Ancaq onlar Ermənistanı müdafiə edirlər və Azərbaycanı tənqid etməklə işləri daha da korlayırlar. Ona görə də, mən belə hesab edirəm ki, onların bu cür yanaşması sülh yaratma prosesini poza və bölgədə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Bu Aİ tərəfindən edilən çox böyük bir səriştəsizlikdir. Bu səriştəsizliyə görə Aİ qınağa tuş gələ bilər".
.jpg)
Politoloqun sözlərinə görə, Aİ dəfələrlə Ermənistana yardım göstərib:
"İndiyə qədər edilən yardımları üst-üstə gəlsək, görərik ki, söhbət milyardlarla avro yardımdan gedir. Əgər göndərəcəklərsə ermənilər hamısını silaha verəcək. Onsuz da yaxınlarda Fransadan böyük miqdarda zirehli döyüş texnikası alıblar. Hindistandan da həmçinin yeni tipli artilleriya aldılar. Bunlar onu göstərir ki, Aİ və bəzi dövlətlər Ermənistanın daha da silahlandırılmasına səy göstərir və bölgədə qarşıdurma yaranması üçün çalışırlar".
Nəzrin Cavadzadə
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO









.jpg)



















.jpg)











