Nida Təhlil
Amerikansayağı yeni feyk: Azərbaycan islamçıları ABŞ-ı “təhdid edir”
Yanvarın 21-də “X” (keçmiş Twitter) platformasının Amerika seqmentində bir video yayılıb. Amerikalı istifadəçilərin geniş müzakirə etdiyi videoda bir şəxs amerikalılara xəbərdarlıq edir ki, "tezliklə mənim kim olduğumu biləcəksiniz". Video qısa müddətdə böyük baxış yığa bilib. Üstündən iki gün keçəndən sonra eyni səhifə videonu yeniləyərək danışan şəxsin qeydiyyatsız İslam Partiyasının sədri Mövsüm Səmədov olduğunu iddia edib. Artıq bu səhifənin iki paylaşımında videonun izlənmə sayı 5 milyona çatmaq üzrədir, 15 min dəfə təkrar paylaşılıb. Yalnız bir səhifədə 2000-dən çox şərh yazılıb. Şərhlərdə Azərbaycan İslam Partiyasının siyasi islam ideologiyasının daşıyıcısı olduğu, İrana bağlı olması xatırladılır, partiya üzvlərinin indiyə qədər anti-İsrail, anti-qərb açıqlamalar verdiyi bildirilir. Nəhayət, “Azadlıq radiosu”nun Azərbaycan xidməti də mövzuya müraciət edib. M.Səmədov radioya açıqlamasında videodakı şəxsin özü olmadığını izah edir, hazırda ölkədən çıxış qadağası olduğunu xatırladır. Yəni söhbət ənənəvi amerikansayağı feyknyusdan gedir.
Videonun ilk variantında isə danışan şəxsin Amerikaya köçən miqrant olduğu qeyd edilirdi. Materialı dərc edən resurs Amerika vətənpərvərliyini vurğulayan, antimiqrant kontentlə seçilir. Asanlıqla təkzib oluna bilən bir feyk paylaşımın 5 gün ərzində saxlanması, geniş müzakirələrə imkan yaradılması, yəqin ki, səbəbsiz deyil.
Əvvələn Qərbdə, xüsusən ABŞ da Azərbaycanda siyasi islamın perspektivi və İranla əlaqələri həmişə diqqətlə izlənib. Xalq hərəkatının ilk illərində belə Azərbaycan milli azadlıq hərəkatını İrana bağlamaq tendensiyası var idi. O zaman xalq hərəkatının siyasi islamla bağlı olması haqda dezinformasiyaları təkzib etmək üçün AXC rəhbərlərindən birinin Qərbə ayrıca missiyası da olmuşdu. Amma siyasi islam mövzusu uzun müddət Qərbin diqqətində olub: xüsusi qrant layihəsi ilə Azərbaycanda siyasi islamın perspektivləri ilə bağlı kitablar nəşr olunub, sorğular keçirilib. Qərbin aparıcı institutlarının sifarişlə keçirilmiş bir sorğusu xüsusən yadda qalmışdı. O sorğu siyasi islamı təmsil edən qüvvənin hakimiyyətə gəlmək perspektivini, belə perspektiv real olarsa, əhalinin yeni qüvvəyə loyal olub- olmaycağını öyrənmək məqsədi güdürdü.
İkincisi, hazırda Qərb institutlarına yerli hüquq müdafiəçilərin təqdim etdiyi “siyasi məhbus” siyahılarında da çox zaman siyasi islamı (siyasi şiəlyi) təmsil edənlər çoxluq təşkil edir, sonradan bu siyahılar Qərb institutlarının, o cümlədən ABŞ Dövlət Departamentinin ölkəmizlə bağlı hesabatlarında da əks olunur. Yeri gəlmişkən, M.Səmədovun da adı uzun müddət həmin siyahılarda olub
Üçüncüsü, Qəzzada və Qırmızı dənizdə başlamış toqquşmalardan sonra İranın klerikal təbliğatı Azərbaycan dindarlarını manipulyasiya etmək, anti-İsrail, anti-qərb açıqlamalara nail olmaq istəyir. İranda yuvalanan “Hüseyniyyun” terror qrupu artıq Azərbaycan dindarları adından bir neçə dəfə bu məzmunda bəyanatla çıxış edib.
Görünür, Qərbdə də müəyyən dairələr ölkəmizdə radikal dini baxışların daşıyıcıları olan siyasi qüvvələrin mövcudluğu, onların İran proksilərinin anti-İsrail, anti-qərb mövqeyini bölüşməsi haqda belə yanlış təsəvvürlər yaranmasında maraqlıdır.
C. Quliyev
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
















.jpg)


.jpg)




















