Nida Təhlil
Daha bir deputat ifşa oldu: Rusiya agentiymiş - Onu erməni lobbisinə bağlayan ŞOK FAKTLAR
Xəbər verildiyi kimi, Avropa Parlamentinin(AP) Latviyadan olan deputatı Tatyana Jdanok Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşları ilə əlaqədə olub və onların Avropa İttifaqı ərazisinə gəlmələrinə köməklik edib. Bu barədə “The Insider”, “Re:Baltica” və “Delfi.media” qurumlarının müştərək araşdırmasında deyilir.
Bizi maraqlandıran qalmaqal “qəhrəman”ının Rusiya xüsusi xidmətlərinə işləməsi deyil. T.Jdanok Azərbaycan üçün də maraq doğuran fiqurlardandır. Belə ki, o, ötən oktyabrın əvvəllərində AP-nin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin əsas təşəbbüsçülərindən biri, qatı ermənipərəst biridir. Həmin qətnamə ilə bağlı Latviyanın rusdilli nəşrlərinə müsahibəsində demişdi ki, (rusojuz.lv10/08/2023) “Dağlıq Qarabağa hərbi təcavüz fonunda” AP-nin Azərbaycanla tərəfdaşlığa yenidən baxılması tələblərini tam dəstəkləyir: ”Lakin mən ümumi olaraq Nikol Paşinyana sülhə verdiyi töhfəyə görə təşəkkür edildiyi sənədə səs verə bilmərəm. Mən bu adamı satqın və Dağlıq Qarabağ faciəsinin əsas günahkarı hesab edirəm”.
Yəni o, sadəcə, ermənipərəst deyildi, həm də Qarabağın hər hansı şəkildə Azərbaycanın tərkibinə qayıtmasını istisna edən erməni radikallarla eyni mövqeyi bölüşürdü.
Yada salaq ki, 2022-ci ilin sonlarında Belçika federal polisinin 16 fərqli nöqtədə keçirdiyi reyddə Avropa Parlamentinin(AP) rəhbərliyinə yaxın olan, aralarında keçmiş parlament, həmkarlar ittifaqı üzvü və müşavir müavinləri olmaqla 4 nəfər saxlanmışdı. Onlar dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirdilər. Axtarışlar nəticəsində keçmiş deputat Antonio Panzerinin ünvanında polis təxminən 600 min avro nağd pul aşkarlamışdı.
Şübhəlilərdən biri AP-nin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kaili Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini və İtaliyadan keçmiş Avropa Parlamentinin deputatı Pier Antonio Panzeri idi. Adları keçən şəxslərin ən azı ikisi Avropa strukturlarındakı güclü erməni lobbisinin, erməni “konyak diplomatiyası”nın fəal üzvləri idilər. Yunan deputat Eva Kaili II Qarabağ müharibəsi başlayandan dərhal sonra Avropa Parlamentini baş verənləri araşdırmaq, Dağlıq Qarabağı xilas etməyə çağıran tvit atmışdı -“Erməni xalqı kifayət qədər əziyyət çəkdi! Biz səssiz qala bilmərik”.
Amma nədənsə nə 2022-ci ildə Kaili ilə bağlı qalmaqalda, nə də Jdanokla bağlı son qalmaqalda erməni lobbisinin adı çəkilmir, bu şəxslərin erməni sevdası yada salınmır.
Yanvarın 29-da dərc edilmiş yazımızda ABŞ prezidenti Co Baydenin F-16 döyüş təyyarələrinin Türkiyəyə satışı üçün Konqresdəki nüfuzlu şəxslərə məktub göndərdikdən sonra yunan, erməni, kürd və hind lobbi təşkilatlarının da olduğu bir qrupun Türkiyəyə qarşı birgə fəaliyyəti haqda məlumat vermişdik. Özünü “Türkiyə üçün döyüş təyyarələrinə yox Koalisiyası” (#NoJetsForTurkey) adlandıran qrup ABŞ federal parlamentinin (Konqresin) hər iki palatasının (Senat və Nümayəndələr Palatasının) xarici əlaqələr komitələrinin rəhbərlərinə məktub göndərərək Türkiyəyə F-16 qırıcı təyyarələri göndərilməsinin detallarının hərtərəfli nəzərdən keçirilməsini tələb edirdilər.
Məktubu Yunan Amerika Liderlik Şurası (HALC), Kürdüstanın Amerika Dostları (AFK), Amerika Erməni Milli Komitəsi (ANCA), Hind Amerika Fondu (HAF), Xristian Müdafiə Təşkilatı (IDC) və Yaxın Şərq Forumu (MEF) imzalamışdı. Məktub müəlliflərinin əsas arqumentlərindən biri də Türkiyənin II Qarabağ savaşı zamanı F-16-ları Azərbaycana “borc verməsi” idi. Qeyd edilirdi ki, senatorlar Ben Kardin, Jim Risch, eləcə də konqresmenlər Mayk Makkaul və Qreqori Miks kimi şəxslər sövdələşməyə təsir göstərə bilər. ABŞ Dövlət Departamenti satışla bağlı Konqresə rəsmi bildiriş göndərdikdən sonra Senat və Nümayəndələr Palatası 15 gün ərzində onun lehinə və ya əleyhinə reaksiya verməlidir.
“Reaksiya” gecikmədi. Yanvarın son günü Ben Kardin Azərbaycanla bağlı yeni tvit paylaşıb. O, tvitində hakimiyyəti COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməyə və “jurnalist və müxalifətçilərin təqibini” dayandırmağa çağırıb.
Daha qəribəsi odur ki, Azərbaycanda B.Kardinin həqiqətən demokratiya cəfakeşi olduğu üçün belə tivit atdığına inananlar var.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO