Nida Təhlil
İlham Əliyevi seçən xalq təxribatçıları seçki qutularında “dəfn etdi”
- Seçkilər demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun keçirildi;
- Sağlamlıq imkanları məntəqəyə gəlməyə imkan verməyənlər də daxil olmaqla bütün seçicilərin səsvermə hüququ təmin edildi;
- Səsvermə prosesi ədalətli və tam şəffaf şəkildə baş tutdu;
Prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin ümumi rəyi belədir. Hətta bir çox nümayəndə heyəti Azərbaycanın seçki təcrübəsinin öz ölkələrində də tətbiq edilməsinin vacibliyindən danışdılar. Azərbaycan növbəti dəfə demokratik seçki nümunəsi sərgilədi. Və xalq mütləq çoxluqla Prezident İlham Əliyevə etimad göstərdi.
Seçkinin legitimliyinə kölgə salmaq istəyənlər çətin vəziyyətə düşüb.
Birincisi, beynəlxalq müşahidəçilərin mütləq çoxluğunun yekun rəyində seçkinin tam şəffaf və demokratik prinsiplərə uyğun keçirildiyi bildirilir;
İkincisi, yüksək seçici aktivliyi xalqın öz iradəsinə sahib çıxdığının göstəricisidir;
Üçüncüsü, bu seçkinin ən önəmli xüsusiyyəti seçicilərin qələbə elektoratı olmasıdır: İlham Əliyevi mütləq şəkildə dəstəkləyən də 2020-ci il Vətən müharibəsindən sonra formalaşan qələbə elektoratıdır və heç bir qüvvə bu elektoratın iradəsinə təsir edə bilməz;
İlham Əliyevin – Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən, Şuşaya bayraq sancan, Xankəndidə hərbi parad keçirən, erməni separatçılarının “yuvasına” girib, onları darmadağın edən, əli xalqımızın qanına batmış qatilləri qolu qandallı Bakıya gətirən liderin 92,5 faizlə seçkini qazanması qədər təbii heç nə yoxdur.
Və bu xalq – qələbə elektoratı seçkidə təxribat hazırlayanları, eləcə də nəticələrə kölgə salmağa cəhd edənləri seçki qutularında “dəfn etdi”.
Seçkidən öncə məlum idi ki, qərbin sifarişini yerinə yetirən şəbəkənin - “Azadlıq radiosu”, “Azadlıq” qəzeti, “Tolum Tv”, Anar Məmmədlinin rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDTM) – A və B olmaqla iki planı vardı:
A planı: seçki məntəqələrində maksimum problemlər tapmaq, səsvermə prosesinə dair pozuntuları lentə almaq və prosesin legitimliyini şübhə altına alacaq materiallar hazırlamaq;
Bu məqsədlə bir neçə qrup ayrı-ayrılıqda işləyir, “Azadlıq radiosu”, “Azadlıq” qəzeti, “Tolum Tv” və bu şəbəkəyə daxil olan digər informasiya resursları seçkinin şəffaf keçirilmədiyini nümayiş etdirmək üçün əlindən gələni etdi. Lakin A planı baş tutmadı, çünki səsvermə prosesinin şəffaflıq prinsiplərindən kənar keçirildiyini göstərməyə ciddi fakt tapa bilmədilər.
B planı: problem yoxdursa, onu süni şəkildə yaratmaq, eləcə də problemlərin olduğu haqda dezinformasiya axınını sürətləndirərək, reallığı çoxsaylı yalanların kölgəsində gizlətmək;
A planı baş tutmadığı üçün dərhal B planına keçdilər və dezinformasiyaların yayılması taktikasını seçdilər. Misal üçün, müxtəlif dövrlərə aid görüntüləri montaj edir, yaxud məntəqələrə yerləşdirdikləri adamlarına “maneələr” yaradıldığına dair iddialar tirajlayırdılar. Lakin bütün cəhdləri boşa çıxdı və xalq kütləvi şəkildə seçki məntəqələrinə axın edərək, təxribatçı qrupların planlarını alt-üst etdi.
Seçkidən bir gün öncə yayılan informasiyalardada qeyd olunurdu ki, bu şəbəkənin səsvermə prosesini pozmağa hesablanmış planları öncədən hazırlanıb və Qərbin donor mənbələrindən bu məqsədlə külli miqdarda vəsait də ayrılıb. Misal üçün, A.Məmmədlinin SMDTM çətiri altında 500 nəfərlik qrup yaradacağı vədini verdiyi, lakin ortaya cəmi 40-50 nəfərlik qrup çıxardığı və buna görə “Toplum Tv” şəbəkəsini koordinasiya edən Xədicə İsmayılla qarşıdurma yaşandığı haqda məlumatlar vardı.
Nə A planları baş tutdu, nə B planları. Burada əsas diqqətçəkən məqamlardan biri səsvermə prosesi başa çatandan sonra AXCP-Milli Şura cütlüyünün verdiyi bəyanatın mətni idi. Bəyanatda seçkinin legitimliyinə kölgə salmağa cəhd edirlər, bu gözlənildiyi üçün təəccüblü deyildi. Lakin bəyanatı diqqətlə nəzərdən keçirəndə, onun öncədən hazırlandığını demək mümkündür.
Birincisi, bəyanatda seçki günü təxribat qrupunun qarşısına qoyulan məqsədlər əksini tapır, halbuki, qrup tapşırığı yerinə yetirə və heç bir ciddi fakt tapa bilməmişdi. Hətta “Toplum Tv”nin əməkdaşı Gülyetər Mahmudova canlı yayımda hər şeyin qaydasında olduğunu, jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyətin yaradılmadığını etiraf etdi və qeyd etdi ki, “əksinə, rahat şəkildə çəkiliş aparmağımıza şərait yaradıldı”. AXCP-Milli Şuranın bəyanatında isə seçkidən öncə təxribat qrupunun qarşısına qoyulan tapşırıqlar – seçkiyə müdaxilə edildiyi, prosesin şəffaf keçmədiyi və s. yer alır;
İkincisi, bəyanatda vətəndaşların seçkiyə maraq göstərmədiyi iddia edilir, halbuki, səsvermə prosesinin görüntüləri, insanların kütləvi şəkildə məntəqələrə axın etməsi, eləcə də beynəlxalq müşahidəçilərin rəyləri bu iddianın yalan olduğunu təsdiq edir;
Bu iki məqam təsdiq edir ki, AXCP-Milli Şuranın bəyanatı öncədən hazırlanıb. Aydındır ki, bu hazırlıq seçkidən öncə başlanıb. Təxribatçı qruplar seçki prosesini pozaraq, “saxtakarlıq” görüntüləri yaradacaq və pozuntulara dair “faktlar” istehsal edəcək, AXCP-Milli Şura da istehsal edilən “faktları” əsas götürərək, məlum bəyanatı yayacaqdı. Səsvermə prosesində təxribat planları istədikləri kimi baş tutmadı, lakin bəyanat əvvəldən hazır olduğu üçün onu dəyişmədən dövriyyəyə buraxdılar. Analoji hal Müsavat partiyasının da bəyanatında əksini tapır.
Bu detal belə seçkinin legitimliyinin şübhə altına alınması cəhdlərinin hazırlanmış plan olduğunu deməyə əsas verir. Amma və lakin....
Azərbaycan xalqı təxribatçılara da, onların sifarişçilərinə də seçki məntəqələrində cavab verdi. Səsvermə günü seçki qutularına sahib çıxdı, təxribat oyunlarına imkan vermədi, səsvermə prosesi başa çatandan sonra isə öncədən hazırlanmış qondarma bəyanatlara heç bir dəstək göstərmədi. Bu o deməkdir ki, AXCP və Müsavat, onların rəhbərliyi – Əli Kərimli, Arif Hacılı – Azərbaycan xalqı tərəfindən çoxdan “auta” atılıb. Bu şəxslər Azərbaycanın siyasi gündəmindən çoxdan çıxıb. Xalq üçün nə onların iddiaları, nə də ittihamları maraqlı deyil. Xalq üçün maraqlı olan ona qələbə bəxş edən lider İlham Əliyevi mütləq səslə yenidən prezident seçmək idi və buna nail oldu.
Asif Nərimanlı
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar